AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
2016-11-21
2016-cı il 21 noyabr tarixində Azərbaycan Respublikası Auditorlar Palatasının növbəti Şura iclası keçirilmişdir. Şura üzvlərinin və Palata Şurası yanında Komitə sədrlərinin iştirak etdiyi Şura iclasında aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir:
1. “Auditor fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanun layihəsi üzərində işlərin başa çatdırılması barədə
2. Auditorlar Palatasının 2017-ci il üzrə iş planının hazırlanması barədə
3. «Könüllü və əlaqəli auditor xidmətlərinin genişləndirilməsi üzrə tədbirlər sisteminin tətbiqi» barədə
4. Firmadaxili audit standartlarının hazırlanması barədə
5. Avtonəqliyyat müəssisələrində audit aparılmasına dair proqram barədə