Auditorlar Palatası ilk ərazi təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir
2016-11-11
Auditorlar Palatası ilk ərazi təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir
Yeni Azərbaycan Partiyasının yaradılmasının 24-cü ildönümünün yüksək səviyyədə qeyd olunması ilə əlaqədar Auditorlar Palatası ilk ərazi təşkilatında 2016-cı il 11 noyabr tarixində tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə YAP Auditorlar Palatası ilk ərazi təşkilatının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov açaraq, Yeni Azərbaycan Partiyasının Azərbaycanda gərgin, mürəkkəb, ağır bir dövrdə - 1992-ci il noyabrın 21-də yaranması və bu dövr ərzində böyük, uğurlu, şanlı yol keçməsi və Azərbaycanın ən böyük, aparıcı partiyası yerini tutmasından danışdı və geniş məruzə ilə çıxış etmişdir.
Bu məsələ ilə bağlı Yeni Azərbaycan Partiyasının üzvləri (Qəşəm Bayramov, Səbuhi Gülməmmədov, Yaşar Məmmədov, Rişad Dadaşev, Nigar Şirinova və başqaları) çıxış edərək bir daha YAP-nın yaradılmasının 24-cü ildönümü münasibətilə təbrik etdilər və gələcək işlərində uğurlar arzuladılar.
Sonra YAP-a qəbul olunmaq üçün Palatanın 7 gənc əməkdaşının siyasi fəaliyyətə qoşulması ilə bağlı müraciətlərinə Partiya iclasında baxılmış və onların xahişləri nəzərə alınaraq müsbət qərar qəbul edilmişdir:
- Pənahzadə Şəmsiyyə Eltəkin qızı
- İsazadə Ələkbər Rəhbər oğlu
- Şəhriyarlı Zərifə Natiq qızı
- Məmmədzadə Ləman Şahin qızı
- Məmmədova Həbibə Tariyel qızı
- Əlimirzəyev Vüqar İlqar oğlu
- Cəfərli Yunis Həmdulla oğlu
Eyni zamanda ilk ərazi təşkilatının ötən iclasında YAP-a qəbul edilmiş 8 gənc əməkdaşlara üzvlük vəsiqələri təqdim edilmişdir:
- Qarayev Fəqan Şakir oğlu
- Kamalova Fatma Ramazan qızı
- Məmmədova Ləman Nazim qızı
- Məmmədli Bəhruzə Fazil qızı
- Mehdizadə Sürəyya Elşən qızı
- Məmmədova Leyla Zöhrab qızı
- Səfərova Gülpəri Güləli qızı
- Şirinova Nigar Şakir qızı
İclasın sonunda Sədr V.Novruzov həmin gəncləri təbrik edərək, ölkəmizi həyatında fəal olmağı və gələcək işlərində müvəffəqiyyətlər arzuladı.