AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
2016-12-21
2016-cı il 21 dekabr tarixində Azərbaycan Respublikası Auditorlar Palatasının növbəti Şura iclası keçirilmişdir. Şura üzvlərinin və Palata Şurası yanında Komitə sədrlərinin iştirak etdiyi Şura iclasında aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir:
1. Auditorlar Palatası Şurasının 2017-ci il üzrə iş planı barədə
2. Azərbaycanda auditor xidməti bazarının təhlili barədə
3. Avtonəqliyyat müəssisələrində audit aparılmasına dair proqram barədə
4. Auditin təşkilinə dair xarici təcrübənin öyrənilməsi və tətbiqi üzrə hazırlanmış hesabat barədə
5. Palata Şurası adından “Dempinq və haqsız rəqabətə qarşı tədbirlər sisteminin işlənib hazırlanması və tətbiqinə dair Plan-proqram”ın və müvafiq müraciətin təsdiq edilməsi və ünvanlanması barədə
6. Audit və mühasibat uçotu üzrə tədris proqramının hazırlanmasında Ali təhsil müəssisəsinə əməli köməkliyin göstərilməsi barədə
7. Auditin aktual problemləri üzrə konfransların, simpoziumların, “dəyirmi masa”ların və seminarların təşkilinə dair hesabat barədə