Auditor təşkilatlarının rəhbərlərinin, sərbəst auditorların və ictimaiyyətin nəzərinə! 

Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının “Auditor sertifikatlarının və icazələrin idarəedilməsi sistemindən istifadəyə dair Təlimat”ın təsdiq edilməsi haqqında qərarının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə 2026-cı il 19 iyun tarixində saat 15:00-da auditorlar, auditor təşkilatlarının nümayəndələri və digər maraqlı şəxslər üçün Auditin transformasiyası, operativ tənzimləmə və keyfiyyətin idarə edilməsi idarəsinin rəisi Qoşqar Əhmədov tərəfindən vebinar keçiriləcəkdir.

Vebinarın keçirilməsində əsas məqsəd yeni təsdiq edilmiş Təlimatın müddəalarının izah edilməsi, “Auditor sertifikatlarının və icazələrin idarəedilməsi sistemi”nin funksional imkanlarının təqdim olunması, sistemdən istifadə qaydalarının auditorlara çatdırılması, eləcə də iştirakçıların suallarının cavablandırılmasıdır.

Sizdən xahiş edirik ki, keçiriləcək vebinarda fəal iştirak edəsiniz.

Vebinara aşağıdakı link vasitəsilə qoşula bilərsiniz.

https://zoom.us/j/5282932267?pwd=QTYzTmw3ZSt5cHl5cWxJWjgrTUp1Zz09