2016-cı il 27 oktyabr tarixində Auditorlar Palatasında “Azərbaycan Respublikasında auditor xidmətinin keyfiyyətinə kənar nəzarət üzrə yeni Qaydalar”ın və “Auditin keyfiyyətinə daxili nəzarətin həyata keçirilməsi haqqında Təlimat”ın tətbiqi barədə seminar keçirilmişdir.

2016-10-31

“Azərbaycan Respublikasında Auditor Xidmətinin İnkişaf Konsepsiyası”na (2012-2020-ci illər) və Azərbaycan Respublikası Auditorlar Palatasının 2016-cı il üzrə iş planının 3.6-cı “Auditor təşkilatlarında korrupsiyaya qarşı mübarizə məqsədi ilə keyfiyyətə daxili nəzarətin prinsipləri və prosedurları haqqında Təlimatın hazırlanması” bəndinə müvafiq olaraq hazırlanmış və Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 2016-cı il 30 sentyabr tarixli 279/3 saylı qərarı ilə təsdiq edilmiş “Auditin keyfiyyətinə daxili nəzarətin həyata keçirilməsi haqqında Təlimat”ın və Beynəlxalq Audit Standartlarına, Peşəkar Mühasiblərin Etika Məcəlləsinə, 1 saylı Beynəlxalq Keyfiyyətə Nəzarət Standartlarına, 1 saylı Üzvlük Öhdəlikləri Bəyənnaməsinə, Auditorlar Palatası sədrinin “Auditor xidmətinin keyfiyyətə nəzarət sisteminin yaxşılaşdırılması” haqqında 2016-cı il 8 iyun tarixli 1/20 saylı sərəncamına uyğun olaraq hazırlanmış və Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 2016-cı il 30 sentyabr tarixli 279/2 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında auditor xidmətinin keyfiyyətinə kənar nəzarət üzrə yeni Qaydalar”ın tətbiqi barədə 2016-cı il 27 oktyabr tarixində auditor təşkilatların və sərbəst auditorların nümayəndələrinin iştirakı ilə Auditorlar Palatasında seminar keçirilmişdir.

Seminarda giriş sözü ilə Auditorlar Palatası Aparatının rəhbəri Qəşəm Bayramov çıxış etmişdir. Birinci məsələ olan “Azərbaycan Respublikasında Auditor xidmətinin keyfiyyətinə kənar nəzarət üzrə yeni Qaydalar” ilə bağlı Auditin keyfiyyətinə nəzarət şöbəsinin müdiri Yaşar Namazəliyev və Sədrin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov, ikinci məsələ olan “Auditin Keyfiyyətinə Daxili Nəzarətin Həyata Keçirilməsi Haqqında Təlimat” ilə bağlı Auditin hüquqi təminatı və standartlaşdırma idarəsinin rəis müavini Fəzail Məmmədov və Sədrin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov geniş məruzə ilə çıxış etmiş və peşəkar müzakirələr aparmışlar.

Seminarda beynəlxalq təcrübənin mütəmadi öyrənilməsi və tətbiqinin zəruriliyi, auditin keyfiyyətinə kənar nəzarətin gücləndirilməsi, o cümlədən auditor təşkilatlarında və sərbəst auditorlarda keyfiyyətə daxili nəzarət işinin təşkili auditin inkişafında böyük rol oynadığı xüsusi qeyd edilmişdir.