Audit müəssisələri maliyyə intizamının və korporativ idarəetmənin etibarlı dayağıdır - İKİ SAHİL

Səbuhi Gülməmmədov: Müstəqil audit şəffaflığı artırır, investor etimadını möhkəmləndirir və dayanıqlı iqtisadi inkişafı dəstəkləyir

İqtisadiyyatın davamlı inkişafı, investisiya mühitinin cəlbediciliyinin artırılması və korporativ idarəetmə standartlarının təkmilləşdirilməsi müasir dövrdə audit institutunun rolunu daha da ön plana çıxarır. Müstəqil audit maliyyə hesabatlarının etibarlılığını təmin etməklə yanaşı, müəssisələrdə hesabatlılıq, şəffaflıq və məsuliyyət prinsiplərinin möhkəmlənməsinə xidmət edir.

Azərbaycan Respublikası Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov "İki sahil" qəzetinə müsahibəsində audit müəssisələrinin maliyyə intizamının gücləndirilməsi və korporativ idarəetmənin inkişafındakı strateji əhəmiyyətindən bəhs edib.

İKİ SAHİL