Azərbaycan Respublikası Auditorlar Palatasının nümayəndə heyəti Monteneqro Respublikasının paytaxtı Podqoresta və Belarus Respublikasının paytaxtı Minsk şəhərlərində işgüzar səfərdə olmuşlar
2016-10-12
Azərbaycan Respublikası Auditorlar Palatasının nümayəndə heyəti Monteneqro Respublikasının paytaxtı Podqoresta və Belarus Respublikasının paytaxtı Minsk şəhərlərində işgüzar səfərdə olmuşlar
Auditorlar Palatasının sədri, professor Vahid Novruzovun rəhbərlik etdiyi nümayəndə heyəti 05-07 oktyabr tarixlərində Monteneqro Respublikasının paytaxtı Podqoresta şəhərində Monteneqro Mühasiblər və Auditorlar İnstitutunun fəaliyyətə başlamasının 60 illik yubileyi ilə əlaqədar keçirilən tədbirdə, 09-12 oktyabr tarixlərində isə Dünya Bankının Maliyyə Hesabatı İslahatlar Mərkəzinin (CFRR) təşkilatçılığı ilə Belarus Respublikasının paytaxtı Minsk şəhərində “Daha məsuliyyətli və şəffaf iqtisadiyyat üçün auditin keyfiyyətinin gücləndirilməsi” mövzusunda keçirilən seminarda iştirak etmişlər.
Auditorlar Palatasının sədri V. Novruzov Monteneqro Mühasiblər və Auditorlar İnstitutunun 60 illik yubiley tədbirində təbrik nitqi ilə çıxış etdi və onlar İnstitutun xatirə diplomunu Azərbaycan Respublikasının Auditorlar Palatasına və şəxsən ona təqdim etdilər.
Yubiley tədbirində iştirak edən xarici ölkələrin nümayəndələrini Monteneqro Respublikasının prezidenti cənab Filip Vuyanoviç qəbul etdi və tədbir iştirakçıları adından V.Novruzov çıxış etdi və ölkələrimiz arasında mövcud olan əlaqələrimiz və əməkdaşlığımız barədə məlumat verdi.
Monteneqro Respublikasının Prezidenti cənab Filip Vuyanoviç öz çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə yaxın dostluq münasibətlərinin olduğunu qeyd etdi.
Dünya Bankının Maliyyə Hesabatı İslahatlar Mərkəzinin təşkilatçılığı ilə “Daha məsuliyyətli və şəffaf iqtisadiyyat üçün auditin keyfiyyətinin gücləndirilməsi” mövzusunda keçirilən 9 ölkənin 50-dən çox nümayəndəsinin iştirak etdiyi seminarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatda şəffaflığın təmin olunması, auditin əhatə dairəsinin genişləndirilməsi və təsirliliyinin gücləndirilməsi ilə əlaqədar ölkəmizdə son zamanlar aparılan iqtisadi islahatlar barəsində tədbir iştirakçılarına nümayəndə heyətimiz tərəfindən geniş məlumat verildi.
Eyni zamanda ölkəmizdə auditin keyfiyyətinin yüksəldilməsi ilə əlaqədar bir sıra normativ sənədlər və materiallar əldə olunaraq tətbiq üçün gətirilmişdir.