Azərbaycan Respublikası Auditorlar Palatasının 2026-cı il üzrə İş Planının 10.3.4-cü “Qabaqcıl auditorların aparmış olduqları auditlər əsasında ustad dərslərinin keçirilməsi” bəndinin icrasını təmin etmək məqsədilə Auditorlar Palatası sədrinin 2026-cı il 15 may tarixli 10-1/3-3- 20/2026 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Qabaqcıl auditorların aparmış olduqları auditlər əsasında ustad dərslərinin keçirilməsi barədə” Qrafikə uyğun olaraq 2026-cı ilin 21 avqust tarixində saat 10:00-da Beynəlxalq Audit standartı “Ekspertin işindən istifadə edilməsi” (Moderator: Kadr hazırlığı idarəsinin rəisi Elmira Hacıyeva, məruzəçi: Sərbəst auditor Nazim Axundov) mövzusunda onlayn qaydada ustad dərsi keçiriləcəkdir. Sizdən xahiş edirik ki, həmin ustad dərsində fəal iştirak edəsiniz.
Tədbirə aşağıdakı linklə qoşula bilərsiniz:
https://zoom.us/j/5282932267?pwd=QTYzTmw3ZSt5cHl5cWxJWjgrTUp1Zz09
Azərbaycan Respublikasının Auditorlar Palatası