2026-cı il 29 sentyabr tarixində saat 15:00-da (Bakı vaxtı ilə) Beynəlxalq Mühasiblər Federasiyası (IFAC) tərəfindən "Dünya üzrə PACT: Peşəkar Mühasibat Təşkilatları (PMT-lər) növbəti nəsli necə cəlb edir" mövzusunda onlayn vebinar keçiriləcəkdir.

Hörmətli auditorlar, auditor təşkilatları və sərbəst auditorlar!

2026-cı il 29 sentyabr tarixində saat 15:00-da (Bakı vaxtı ilə) Beynəlxalq Mühasiblər Federasiyası (IFAC) tərəfindən "Dünya üzrə PACT: Peşəkar Mühasibat Təşkilatları (PMT-lər) növbəti nəsli necə cəlb edir" mövzusunda onlayn vebinar keçiriləcəkdir.

Vebinar haqqında əsas məlumatlar:

Mövzu: Dünya üzrə PACT: Peşəkar Mühasibat Təşkilatı (PMT)-lar Növbəti Nəsli Necə Cəlb Edir (PACT: How PAOs Globally are Attracting the Next Generation).

-Tarix: 29 sentyabr 2026-cı il

-Vaxt: 15:00–16:30 (Bakı vaxtı ilə)

-Format: Onlayn

-Dil: İngilis dili

Vebinarda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Peşəkar Mühasibat Təşkilatlarının (PMT-lərin) karyerasının ilkin mərhələsində olan mütəxəssislərin peşəyə cəlb edilməsi, onların inkişafının dəstəklənməsi və peşənin gələcəyində fəal iştirakının təmin olunması istiqamətində həyata keçirilən təşəbbüslər müzakirə ediləcəkdir.

Tədbirdə PACT çərçivəsinin əsas istiqamətləri – İştirak (Participation), Hesabatlılıq (Accountability), İcma (Community) və Təlim (Training) üzrə yanaşmalar təqdim olunacaq, müxtəlif regionlarda tətbiq edilən uğurlu təcrübələr və gələcək fəaliyyət istiqamətləri nəzərdən keçiriləcəkdir.

Vebinar mühasibat uçotu və audit sahəsində fəaliyyət göstərən, xüsusilə karyerasının ilkin mərhələsində olan mütəxəssislərin peşəkar inkişafı və beynəlxalq təcrübə ilə tanışlığı baxımından faydalı olacaqdır.

Auditorlar Palatasının üzvləri olan auditor təşkilatlarının rəhbərlərinin, sərbəst auditorların və aidiyyəti mütəxəssislərin vebinarda iştirak etmələri tövsiyə olunur.

 

Qeydiyyat və əlaqə:

Əlaqələndirici şəxs: Kadr hazırlığı idarəsinin rəisi Elmira Hacıyeva

Tel: 051 921 25 25; 012 465 21 75

E-mail: training@audit.gov.az

Qeydiyyat üçün buna tıklayın:

https://zoom.us/pricing_ics=1787299468594&irclickid=%7E86X1Z69ebgfmnkfhklcja34ZRXWX31841SYVWLMLGywrlkjb%7E85W&_gl=1*syjc1i*_gcl_au*MjAzMTY0NzkzMi4xNzg3Mjk4Nzk4