2026-cı il 27 avqust tarixində saat 10:00-da Azərbaycan Respublikası Auditorlar Palatasının 2026-cı il üzrə İş Planının 2.7-ci “Auditorun şəxsi kabineti sisteminin yeni versiyasının təqdimatının keçirilməsi” bəndinin icrası ilə bağlı Palatanın üzvləri üçün onlayn formatda təqdimat keçiriləcəkdir. Təqdimatın məruzəçisi Auditin transformasiyası və operativ tənzimləmə idarəsinin rəisi Qoşqar Əhmədov olacaqdır.
Həmçinin təqdimat çərçivəsində son dövrlərdə ölkəmizdə baş vermiş kibercinayətkarlıq halları və onların qarşısının alınması ilə bağlı müvafiq şərhlər veriləcək və müzakirələr aparılacaqdır.
Sizdən xahiş edirik ki, həmin təqdimatda fəal iştirak edəsiniz.
Təqdimata aşağıdakı linklə qoşula bilərsiniz:
https://zoom.us/j/5282932267?pwd=QTYzTmw3ZSt5cHl5cWxJWjgrTUp1Zz09