AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
2016-09-30
2016-cı il 30 sentyabr tarixində Azərbaycan Respublikası Auditorlar Palatasının növbəti Şura iclası keçirilmişdir. Şura üzvlərinin və Palata Şurası yanında Komitə sədrlərinin iştirak etdiyi Şura iclasında aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir:
1. “Azərbaycan Respublikasında Auditor xidmətinin keyfiyyətinə kənar nəzarət üzrə Qaydalar”ın yenidən işlənmiş layihəsi barədə
2. Auditor təşkilatlarında korrupsiyaya qarşı mübarizə məqsədi ilə keyfiyyətə daxili nəzarətin prinsipləri və prosedurları haqqında Təlimatın hazırlanması
3. Sərbəst auditorlar və auditor təşkilatları tərəfindən 2016-cı ilin I yarımilliyi üzrə təqdim edilmiş hesabatların təhlili və tövsiyələrin hazırlanması
4. Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının 1996-cı il 28 iyun tarixli 2/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası Haqqında Əsasnamə”yə dəyişiklik edilməsi barədə
5. Sərbəst auditorlar və auditor təşkilatları tərəfindən yol verilmiş intizam pozuntuları üzrə tədqiqatların təşkili və müvafiq intizam tədbirlərinin görülməsi barədə