Azərbaycanda məcburi audit subyektlərinin sayı 13 % artıb - İKİSAHİL.AZ

2025-ci ildə Azərbaycanda 6 140 məcburi audit subyekti olub.

"İki sahil" Auditorlar Palatasına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 13 % çoxdur.

Bununla belə, ötən il auditdən keçmiş qurumların sayı 46,7 % artaraq 4 660-a çatıb, onların xüsusi çəkisi isə 58,5 %-dən 75,9 %-ə qalxıb.