AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR

AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR

2016-09-06


2016-cı il 6 sentyabr tarixində Azərbaycan Respublikası Auditorlar Palatasının növbəti Şura iclası keçirilmişdir. Şura üzvlərinin və Palata Şurası yanında Komitə sədrlərinin iştirak etdiyi Şura iclasında aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir:

1. “Auditor fəaliyyəti ilə məşğul olmaq üçün icazənin verilməsi” Qaydalarının təsdiq edilməsi barədə

2. “Auditin keyfiyyətinə kənar nəzarətin aparılması haqqında Qaydalar”ın layihəsi barədə

3. Sərbəst auditorlar və auditor təşkilatları tərəfindən 2016-cı ilin I yarımilliyi üzrə təqdim edilmiş hesabatlara dair icmalın hazırlanması

4. Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf Konsepsiyasında nəzərdə tutulan tədbirlərin icrası barədə

5. Auditorlar Palatası Şurasının qərarlarının, Palata sədrinin əmrlərinin və sərəncamlarının icrası barədə