Auditor təşkilatlarının rəhbərlərinə
və sərbəst auditorlara
Hörmətli üzvlərimiz,
Azərbaycan Respublikası Auditorlar Palatasının 2026-cı il üzrə İş Planının 10.3.4-cü “Qabaqcıl auditorların aparmış olduqları auditlər əsasında ustad dərslərinin keçirilməsi” bəndinin icrasını təmin etmək məqsədilə Auditorlar Palatası sədrinin 2026-cı il 15 may tarixli 10-1/3-3-20/2026 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Qabaqcıl auditorların aparmış olduqları auditlər əsasında ustad dərslərinin keçirilməsi barədə” Qrafikə uyğun olaraq 2026-cı ilin 23 sentyabr tarixində saat 10:00-da “Auditin planlaşdırılması, audit proqramının tərtibi və audit müqaviləsi bağlanmazdan əvvəl həyata keçirilən ƏL/TMM prosedurlarının təşkili” və “Daxili nəzarət və korporativ idarəetmə” (Moderator: Palata sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Qəşəm Bayramov, məruzəçilər: “CONSULTİNG GROUP” MMC-nin direktor-auditoru Elçin Əkbərov və "A PLUS AUDİT" MMC-nin direktor-auditoru Azər Əliyev) mövzularında onlayn qaydada ustad dərsi keçiriləcəkdir.
Sizdən xahiş edirik ki, həmin ustad dərsində fəal iştirak edəsiniz.
Tədbirə aşağıdakı linklə qoşula bilərsiniz:
https://zoom.us/j/5282932267?pwd=QTYzTmw3ZSt5cHl5cWxJWjgrTUp1Zz09