Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2023-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası"nın Tədbirlər Planının icrası çərçivəsində informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində beynəlxalq təşkilatlar və xarici qurumlar tərəfindən 2026-cı ilin sonunadək təşkil olunacaq beynəlxalq təlimlər, seminarlar, konfranslar və digər tədbirlər barədə məlumat təqdim edilmişdir.
Auditor təşkilatları və sərbəst auditorlar informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə aşağıda təqdim olunan beynəlxalq təlim və tədbirlərdə iştirak imkanlarını nəzərdən keçirə bilərlər.
Tədbirlərin adları, keçirilmə tarixləri, təşkilatçı qurumlar, iştirak şərtləri və qeydiyyat keçidləri (linkləri) aşağıda təqdim olunur.
Qeyd: Tədbirlər üzrə qeydiyyat, iştirak şərtləri, ödəniş məsələləri və digər təşkilati məsələlər hər bir tədbirin təşkilatçısı tərəfindən müəyyən edilir. Əlavə məlumat və qeydiyyat üçün müvafiq tədbirin linkinə keçid etməyiniz xahiş olunur.