Azərbaycan Respublikasının Auditorlar Palatasında “İqtisadi islahatların sürətləndirilməsi ilə əlaqədar qəbul edilmiş normativ hüquqi aktların auditorlar və müvafiq qurumlar qarşısında yaratdığı öhdəliklər” mövzusunda 2016-cı il 5 avqust tarixində seminar-müşavirə keirilmişdir.
2016-08-08
Azərbaycan Respublikasının Auditorlar Palatasının təşkilatçılığı ilə ölkəmizdə həyata keçirilən islahatlara dəstək məqsədilə 2016-cı ilin 5 avqust tarixində “İqtisadi islahatların sürətləndirilməsi ilə əlaqədar qəbul edilmiş normativ hüquqi aktların auditorlar və müvafiq qurumlar qarşısında yaratdığı öhdəliklər” mövzusunda seminar-müşavirə keirilmişdir.
Tədbirin keçirilməsində başlıca məqsəd bu ilin fevral-iyun aylarında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış Qanun, Fərman və sərəncamların təsərrüfat subyektləri və auditorlar qarşısında yaratdığı öhdəliklərin yerinə yetirilməsində auditorlara və iqtisadi subyektlərə metodoloji yardım göstərməkdən ibarət olmuşdur.
Tədbirdə Auditorlar Palatası tərəfindən hazırlanmış Tədbirdə "İqtisadi islahatların həyata keçirilməsində müstəqil auditin rolunun gücləndirilməsi istiqamətində auditor xidmətlərinin göstərilməsinə dair metodik göstəriş"in təqdimatı olmuşdur.
Seminar-müşavirənin işində Auditorlar Palatasının, Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Respublikasının Mərkəzi Bankının, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsinin, Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin, “Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin,“Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin,“Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, Azərbaycan Polad İstehsalı Kompleksinin, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin, “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin, “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” Açıq Səhmdar Cəmiyyətinin, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin, “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin,“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, auditor təşkilatlarının nümayəndələri, sərbəst auditorlar iştirak etmiş və tədbirlə bağlı çıxış etmişlər.