13 oktyabr 2026-cı il tarixində “Süni intellektin idarə olunması – süni intellekt sahəsində qarşıya qoyulan məqsədlərdən direktorlar şurasının fəaliyyətinə”, 20 oktyabr 2026-cı il tarixində isə “Direktorlar şurası üçün rəqəmsal suverenlik: Avropanın texnoloji dayanıqlılığa doğru istiqamətinin idarə edilməsi” mövzularında vebinarlar keçiriləcəkdir.
Tədbirlər çərçivəsində süni intellektin idarə olunması, yeni texnologiyaların yaratdığı risklərin idarə edilməsi, rəqəmsal suverenlik və texnoloji dayanıqlılıq, korporativ idarəetmə, eləcə də direktorlar şuralarının yeni texnoloji çağırışlara uyğun fəaliyyətinin təşkili ilə bağlı aktual məsələlərin müzakirəsi nəzərdə tutulur.
Auditorlar Palatasının üzvü olan auditor təşkilatları və sərbəst auditorlar qeyd olunan tədbirlərdə iştirak edə bilərlər.
Qeydiyyat üçün:
13 oktyabr 2026-cı il tarixli vebinar
20 oktyabr 2026-cı il tarixli vebinar
Tədbirlər haqqında ətraflı məlumat və qeydiyyat şərtləri ECODA tərəfindən təqdim olunan müvafiq materiallarda əks olunmuşdur.