Azərbaycan Respublikası Auditorlar Palatasının əməkdaşlarının, Palatanın üzvü olan auditor təşkilatlarının rəhbərlərinin və sərbəst auditorların nəzərinə!

 

Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən 2024-cü ilin iyul ayında “Auditor sertifikatlarının və icazələrinin idarə edilməsi sistemi (ASİS)” yaradılmış və həmin tarixdən etibarən istifadəyə verilmişdir.

ASİS informasiya sisteminin dövlət qeydiyyatına alınması məqsədilə Auditorlar Palatası tərəfindən 2026-cı ilin avqust ayında Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyinə aidiyyəti üzrə müraciət edilmişdir.

Aparılmış müvafiq prosedurların nəticəsi olaraq, ASİS informasiya sistemi 2026-cı il 30 sentyabr tarixində dövlət qeydiyyatına alınmışdır.

Bununla əlaqədar olaraq, ASİS informasiya sisteminin dövlət qeydiyyatına alınmasını təsdiq edən çıxarış Auditorlar Palatasına təqdim edilmişdir.

 

 

Qalareya