Türk Dövlətləri Təşkilatının 13-cü Zirvəsi çərçivəsində, Türkiyə Palatalar və Birjalar Birliyinin (TOBB) təşkilatçılığı ilə 2026-cı il 28 oktyabr tarixində Ankarada Türk Dünyası Biznes və İnvestisiya Forumu keçiriləcəkdir.
Forum çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Respublikası, Özbəkistan və Türkmənistan nümayəndə heyətləri ilə biznes subyektləri arasında B2B görüşlərin keçirilməsi nəzərdə tutulur.
Tədbirin məqsədi Türk dövlətləri arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, ticarət və investisiya əlaqələrinin gücləndirilməsi, eləcə də biznes dairələri arasında əməkdaşlıq imkanlarının genişləndirilməsidir. Forum çərçivəsində ticarətin asanlaşdırılması, Orta Dəhliz və inteqrasiya, investisiya və maliyyələşmə, rəqəmsallaşma, birgə istehsal, üçüncü bazarlarda əməkdaşlıq və enerji sahəsində tərəfdaşlıq kimi aktual mövzuların müzakirəsi nəzərdə tutulur.
Auditorlar Palatasının üzvü olan auditor təşkilatları və sərbəst auditorlar qeyd olunan forumda iştirak edə bilərlər.
İştirakın təsdiqi (ad, soyad, vəzifə, şirkət/qurumun, əlaqə məlumatı) üçün son tarix: 2026-cı 19 oktyabr il.
Əlaqə üçün: Aytac Talıblı Telefon:
Telefon: +994 12 465 76 92 (daxili 110)
E-poçt: atalibli@ask.org.az
Tədbir haqqında ətraflı məlumat və iştirak şərtləri Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən təqdim olunan dəvət məktubunda əks olunmuşdur.