Azərbaycanlı auditor Avropa Mühasiblər və Auditorlar federasiyasının direktorlar şurasına üzv secilmişdir.

Azərbaycanlı auditor Avropa Mühasiblər və Auditorlar federasiyasının direktorlar şurasına üzv secilmişdir.

2016-07-18

Azərbaycanlı auditor Avropa Mühasiblər və Auditorlar federasiyasının direktorlar şurasına üzv secilmişdir.

Auditorlar Palatasının 20-ci ildönümü münasibətilə ölkə Prezidenti cənab İlham Əliyevin 2016-cı il 4 aprel tarixli Azərbaycan Respublikası Auditorlar Palatasının kollektivinə və üzvlərinə ünvanlandığı təbrik məktubunda qeyd edildiyi kimi, yeni dövrün çağırışlarını nəzərə alaraq, iqtisadi islahatların indiki mərhələsində audit sistemini yenidən qurmaq, onun təsirliliyini artırmaq və beynəlxalq aləmə inteqrasiyanı gücləndirmək sahəsində çox işlər görülməlidir.

Bu mənada çox əlamətdardır ki, bu günlərdə Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) 2016-cı il 24 iyun tarixində İspaniyanın Madrid şəhərində keçirdiyi İllik Ümumi yığıncağında Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü, Palata Şurası yanında Beynəlxalq əlaqələr üzrə komitənin sədri, “L.B. Audit xidməti” MMC-nin direktoru Lamiyə Bayramova həmin qurumun Direktorlar Şurasına üzv qəbul edilmişdir.

Ölkəmizdə auditin inkişafını beynəlxalq meyarlara uyğun təmin etmək məqsədilə xarici təcrübədən daha səmərəli istifadə etmək üçün Azərbaycan Respublikasının Auditorlar Palatası bir sıra beynəlxalq təşkilatlara, o cümlədən 2003-cü ildən Avropa Mühasiblər və Auditorlar Federasiyasına (EFAA) tamhüquqlu üzv qəbul olunmuşdur. Həmin gündən Auditorlar Palatası ilə EFAA arasında mühüm əlaqələr yaradılmış, ölkəmizin Avropada mühasibat uçotu və audit sahəsində beynəlxalq standartların tətbiq olunduğu qabaqcıl ölkələr sırasına çıxması, şəfafflığın və hesabatlılığın təmin edilməsi üzrə mühüm addımlar atılmışdır.

Avropa Mühasiblər və Auditorlar Federasiyası (EFAA) 1994-cü ildə yaradılaraq Avropa Birliyi və bütövlükdə Avropa daxilində kiçik və orta müəssisələrə peşəkar xidmət göstərən fərdi üzvləri olan milli mühasib və auditor təşkilatlarını özündə birləşdirən vahid təşkilatdır.

EFAA-nın Avropa üzrə 360.000-dən artıq mühasib və auditorun təmsil olunduğu 17 üzvü var. EFAA Kiçik və Orta Ölçülü Müəssisələrin Avropa Birliyi (UEAPME) təşkilatının üzvüdür. EFAA həmçinin Avropa Maliyyə Hesabatlılığı üzrə Məsləhət Qrupunun (EFRAG) əsasını qoyan təşkilatdır.

EFAA-nın Direktorlar Şurası Prezidentdən, Baş İcraçı direktordan və     3 nəfərdən az və 5 nəfərdən çox olmamaqla Şura Üzvlərindən ibarətdir.   

Direktorlar Şurasının vəzifələri:

-     Razılaşdırılmış strategiyaya uyğun olaraq, Federasiyanın gündəlik fəaliyyəti üçün ümumi məsuliyyəti öz üzərinə götürür;

-     Strategiyanın, prioritetlərin və fəaliyyət hədəflərinin üzvlər tərəfindən qəbul edilməsini hədəfə alır;

-     Təqdim edilmiş layihə əsasında işçi qruplarını yaradır və onların işini istiqamətləndirir;

-     Avropa daxilində istifadəçilərin, qərar qəbul edən şəxslərin, rəhbərliklərin fəaliyyət və bəyanatlarına cavab verir və bu üzrə fəaliyyət göstərir;

-     Əməliyyatların şərtlərini təyin və müəyyən edir və Baş İcraçı Direktorun işini müşahidə edir. Şura həmçinin bu cür məşğulluğu dayandırmaq hüququna malikdir;

-     Federasiyanın maliyyə monitorinqini aparır;

-     Federasiyanın və adminstrasiyanın məqsəd və vəzifələri üçün Federasiyanın vəsaitindən bütün məsrəf və xərcləri ödəyir;

-     llik Ümumi Yığıncaqda gələn il üçün büdcə təklif edir.