6 oktyabr 2026-cı il | Nyu-York
Mühasibat uçotu və audit peşəsinin dayanıqlı inkişafını, peşəkarların rifahını və uzunmüddətli karyera imkanlarını dəstəkləmək məqsədilə Beynəlxalq Mühasiblər Federasiyası (IFAC) tərəfindən “Birlikdə inkişaf: Dayanıqlı mühasibat uçotu və audit peşəsi üçün 6 prinsip” (Thriving Together: 6 Principles for a Resilient Accountancy Profession) adlı yeni qlobal prinsiplər toplusu təqdim edilib.
Yeni təşəbbüs peşəkar mühitin sağlamlığının və dayanıqlılığının təmin olunması, əməkdaşların potensialının inkişaf etdirilməsi, iş səmərəliliyinin qorunması və peşə sahiblərinin uzunmüddətli karyera inkişafının təşviq edilməsi üçün təşkilatlara, rəhbərlərə və fərdi mütəxəssislərə praktiki çərçivə təqdim edir.
IFAC-ın məlumatına görə, peşənin dayanıqlı inkişafı yalnız istedadlı mütəxəssislərin cəlb edilməsi ilə məhdudlaşmır. Eyni zamanda, onların peşəkar fəaliyyətlərini davam etdirmək, inkişaf etmək və öz potensiallarını reallaşdırmaq istədikləri iş mühitinin formalaşdırılması da mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, dəstəkləyici rəhbərlik, işin davamlı təşkili, inkişaf imkanları, qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər peşəkarların uzunmüddətli fəaliyyətinə təsir göstərən əsas amillər kimi müəyyən edilir.
IFAC-ın baş icraçı direktoru Li Vayt (Lee White) vurğulayıb ki, güclü peşənin formalaşdırılması həm istedadlı insanların cəlb edilməsini, həm də onların işləmək, inkişaf etmək və yüksək nəticələr əldə etmək istədikləri mühitin yaradılmasını tələb edir. Onun sözlərinə görə, təşkilatların uğuru əməkdaşlarının inkişafı və rifahı ilə sıx bağlıdır.
Yeni qlobal prinsiplərin əsas istiqamətləri
IFAC tərəfindən təqdim olunan altı prinsip aşağıdakılardır:
Prinsiplərin əsasını ümumi məsuliyyət yanaşması təşkil edir. Belə ki, təşkilatlar rifahı dəstəkləyən şəraiti yaratmalı, rəhbərlər təşkilati mədəniyyətin formalaşmasında fəal rol oynamalı, fərdi mütəxəssislər isə yüksək nəticələr əldə etməyə imkan verən peşəkar vərdişləri və fəaliyyət üsullarını inkişaf etdirməlidirlər.
Qeyd edək ki, yeni prinsiplər IFAC-ın mühasibat uçotu və audit ixtisasları üzrə təhsilə çıxış imkanlarının genişləndirilməsinə yönəlmiş “Opening Doors: Six Principles of Best Practice to Increase Access to Accountancy Qualifications” təşəbbüsünün davamı kimi hazırlanıb. Əvvəlki təşəbbüs peşəyə giriş və istedadların cəlb olunması məsələlərinə diqqət yetirdiyi halda, yeni sənəd mütəxəssislərin peşəkar fəaliyyətlərinin bütün mərhələlərində qarşılaşdıqları şəraitə və inkişaf imkanlarına fokuslanır.
Prinsiplər IFAC tərəfindən dövlət siyasəti üzrə qlobal əməkdaşlıq platforması, insan kapitalının idarə edilməsi üzrə mütəxəssislər, peşəkar mühasibat təşkilatları, təhsil müəssisələri, biznes sektorunda çalışan peşəkar mühasiblər, kiçik və orta auditor təşkilatları, karyerasının ilkin mərhələsində olan mütəxəssislər və beynəlxalq peşə ictimaiyyətinin digər nümayəndələri ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.
Sənədin tətbiqini dəstəkləmək məqsədilə IFAC müxtəlif ölkələrin peşə ictimaiyyəti üçün rifah və peşəkar inkişaf mövzularına dair resursları bir araya gətirən rəqəmsal məlumat platforması da yaradıb. Federasiya gələcəkdə bu istiqamətdə resursların genişləndirilməsini, təşkilatların mövcud vəziyyəti qiymətləndirməsinə, müzakirələr aparmasına və təkmilləşdirmə imkanlarını müəyyənləşdirməsinə dəstək göstərilməsini nəzərdə tutur.
Yeni prinsiplər mühasibat uçotu və audit peşəsində sağlam iş mühitinin formalaşdırılması, peşəkarların inkişafının dəstəklənməsi, yüksək iş nəticələrinin davamlılığının təmin edilməsi və peşənin gələcək çağırışlara qarşı dayanıqlılığının gücləndirilməsi üçün ümumi istiqamət müəyyən edir.
Material ilə detallı tanış olmaq istədiyiniz təqdirdə aşağıdakı link vasitəsi ilə keçid edin:
1. Birlikdə inkişaf: Dayanıqlı mühasibat uçotu və audit peşəsi üçün 6 prinsip.