Auditorlar Palatasının sədri beynəlxalq akademiyanın həqiqi üzvü seçilmişdir


04 Noyabr 2026 11:17
Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov beynəlxalq elmi ictimaiyyət tərəfindən yüksək etimada layiq görülüb və Asiya Elmlər Akademiyasının Baş Assambleyası tərəfindən həmin Akademiyanın həqiqi üzvü – akademik seçilib.
"Caspianinfo" xəbər verir ki, bu münasibətlə ona Çin Xalq Respublikasının Honq Konq Xüsusi İnzibati Ərazisində rəsmiləşdirilmiş FM-28-22112025 nömrəli müvafiq sertifikat təqdim olunub.
Caspianinfo