
Azərbaycan Respublikası Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri
KƏRİMOV Şamxal Vəli oğlu
1993-cü il fevralın 5-də Ağstafa rayonunda anadan olmuşdur.
2011-ci ildə Sumqayıt şəhərində orta məktəbi bitirmişdir.
2016-cı ildə Qafqaz Universitetinin “Maliyyə” ixtisası üzrə bakalavr, 2022-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu və audit” ixtisası üzrə magistr dərəcəsi almışdır.
Bakalavriat təhsili dövründə beynəlxalq təcrübə proqramı çərçivəsində 10 ay müddətində Rumıniyanın Babeș-Bolyai Universitetində təcrübə keçmişdir.
2016-cı ildə “SofistiCo” MMC-də peşəkar fəaliyyətə başlamışdır.
2017–2020-ci illərdə “PricewaterhouseCoopers” (PwC) beynəlxalq audit və konsaltinq şirkətində məsləhətçi və baş məsləhətçi vəzifələrində çalışmışdır.
2020-ci ildə “ANC Group” şirkətində maliyyə və konsaltinq istiqamətində menecer vəzifəsində çalışmışdır.
2021-ci ildən Azərbaycan Respublikası Auditorlar Palatasının üzvüdür və müvafiq icazə əsasında auditor fəaliyyəti ilə məşğul olur.
“Accredo Audit” MMC-də direktor-auditor vəzifəsində fəaliyyət təcrübəsinə malikdir.
Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS), Beynəlxalq Audit Standartları (BAS) və müvafiq yerli qanunvericiliyin tətbiqi üzrə peşəkar təlim və seminarlar keçirmiş, hazırda da təlimçilik fəaliyyətini davam etdirir.
2021–2025-ci illərdə Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən təşkil edilmiş auditorların ixtisasartırma kurslarını müvəffəqiyyətlə bitirərək müvafiq sertifikatlar almış, həmçinin ACCA proqramı üzrə və beynəlxalq maliyyə hesabatlılığı standartlarına dair peşəkar təlimlərdə iştirak etmiş, 2023-cü ildə ölkədə auditin inkişafındakı xidmətlərinə və auditor peşəsinin nüfuzunun yüksəldilməsinə görə Auditorlar Palatasının Fəxri fərmanı ilə təltif edilmişdir.
Audit, maliyyə hesabatlılığı və ƏL/TMM sahələrində məqalə və metodiki materialların müəllifidir. Azərbaycan Respublikası Auditorlar Palatasının 30 illik yubileyinə həsr olunmuş “Hesabatlılıq və audit: Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə”, həmçinin “Peşəkar auditorun stolüstü kitabı: Beynəlxalq Audit Standartları və onların praktikada tətbiqi” adlı kitabların həmmüəllifidir. Beynəlxalq elmi nəşrlərdə iki məqaləsi dərc olunmuşdur.
Auditorlar Palatasını təmsil edərək yerli və beynəlxalq konfranslarda, eləcə də audit sahəsində beynəlxalq təcrübə mübadiləsi proqramlarında iştirak etmişdir.
2026-cı il noyabrın 2-dən Azərbaycan Respublikası Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri vəzifəsində çalışır.
Ailəlidir. Bir övladı var.