Azərbaycan Respublikası Auditorlar Palatasının nümayəndə heyəti Kişinyov şəhərində rəsmi səfərdə olmuşlar
2016-06-20
Azərbaycan Respublikası Auditorlar Palatasının nümayəndə heyəti Kişinyov şəhərində rəsmi səfərdə olmuşlar
Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzov və Aparatın rəhbəri Qəşəm Bayramov Moldova Peşəkar Mühasiblər və Auditorlar Assosiasiyasının (ACAP) dəvəti ilə 2016-cı il 16-17 iyun tarixlərində Moldova Respublikasının paytaxtı Kişinyov şəhərində ACAP-ın 20 illik yubileyinə həsr olunmuş tədbirlərdə və 10-dan sox ölkənin nümayəndələrinin qatıldığı «Mühasibat uçotu və audit peşəsinin problemləri və imkanları: dünya təcrübəsi və həlli yolları» mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmişlər.
Auditorlar Palatasının sədri Vahid Novruzov yubiley tədbirində məzurə ilə çıxış edərək Moldova Peşəkar Mühasibəlr və Auditorlar Assosiasiyasının rəhbərliyini, əməkdaşlarını və üzvlərini 20 illik yubiley münasibətilə təbrik etdi və möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məqsədyönlü iqtisadi islahatlar, Azərbaycan auditinə göstərdiyi böyük diqqət və qayğının təzahürü kimi Auditorlar Palatasının bir qrup üzvünün «Tərəqqi» medalı ilə təltif olunması və Prezidentin Palataya təbrik məktubu ünvanlaması tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.
V.Novruzov çıxışında böhran illərində auditin imkanları, müasir şəraitdə auditə ictimai etimadın gücləndirilməsinin zəruriliyi, maliyyə hesabatlarında şəffaflığın artırılmasında auditin vəzifələri, Azərbaycan Respublikasında maliyyə nəzarətinin təkmilləşdirilməsi və inkişafı üzrə təkliflər, auditin növlərinin yeni şəraitə uyğun inkişafının zəruriliyi barədə tədbir iştirakçılarına geniş məlumat verdi. Onun çıxışı ətrafında geniş müzakirələr aparıldı.
Səfər zamanı xarici ölkələrin nümayəndə heyətləri ilə təşkilatlarımız arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair fikir mübadiləsi apardıq.