AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
2016-06-08
2016-cı il 26 may tarixində Azərbaycan Respublikası Auditorlar Palatasının növbəti Şura iclası keçirilmişdir. Şura üzvlərinin və Palata Şurasının yanında Komitə sədrlərinin iştirak etdiyi Şura iclasında aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir:
1. Azərbaycan Respublikası Auditorlar Palatasının 20 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Auditorlar Palatasının kollektivinə və üzvlərinə ünvanladığı 2016-cı il 4 aprel tarixli təbrik məktubundan irəli gələn vəzifələrin icrasına dair tədbirlər planı barədə
2. İqtisadi islahatların həyata keçirilməsində müstəqil auditin rolunun gücləndirilməsi istiqamətində son dövrlərdə qəbul olunmuş normativ-hüquqi aktlar barədə
3. Azərbaycan Respublikası Auditorlar Palatasının 20 illik yubileyinə həsr olunmuş “Müasir şəraitdə auditin tənzimlənməsinin aktual problemləri” mövzusunda 2016-cı il 4-5 aprel tarixlərində keçirilmiş beynəlxalq elmi-praktik konfransa təqdim olunmuş məruzə və tezislər üzrə hazırlanmış tövsiyələr barədə
4. Sərbəst auditorlar və auditor təşkilatları tərəfindən 2015-ci ilin yekunu üzrə təqdim edilmiş illik hesabatlara dair icmalın müzakirəsi
5. Sərbəst auditorlar və auditor təşkilatları tərəfindən 2015-ci ilin yekunu üzrə təqdim edilmiş illik hesabatların təhlili və tövsiyələrin hazırlanması barədə
6. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan respublikası Qanununun Auditor təşkilatları və sərbəst auditorlar tərəfindən tətbiqinə dair hazırlanmış Metodiki tövsiyələrin müzakirəsi
7. Auditor təşkilatları və sərbəst auditorların korrupsiyaya qarşı mübarizə işinin təşkili üzrə Metodik göstərişlərin hazırlanması barədə
8. 2015-ci il üçün auditorların reytinq səviyyəsinin müəyyən edilməsi barədə
9. Dünya Bankının Maliyyə Hesabatı İslahatlar Mərkəzinin (CFRR) təşkilatçılığı ilə Vyana şəhərində yüksək rütbəli hökumət rəsmiləri, tənzimləyicilər və mütəxəssislər üçün keçirilən seminar, nazirlər konfransı və Peşəkar Mühasiblər Təşkilatları Regional Forumu barədə