Azərbaycan auditorları gürcü həmkarlarının yubileyində iştirak etmişlər

Azərbaycan auditorları gürcü həmkarlarının yubileyində iştirak etmişlər

2016-05-24

Azərbaycan auditorları gürcü həmkarlarının yubileyində iştirak etmişlər

Gürcüstan Peşəkar Mühasiblər və Auditorlar Federasiyasının (GFPAA) dəvəti ilə Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzovun rəhbərlik etdiyi nümayəndə heyəti 2016-cı il 20-21 may tarixlərində Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində GFPAA-nın 20 illik yubileyinə həsr olunmuş tədbirlərdə  və 10-dan çox ölkənin nümayəndələrinin qatıldığı “20 illik peşəkar inkişaf: Avropa inteqrasiyası və Peşənin problemləri” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmişlər.

Yubiley tədbirində Palatanın sədri Vahid Novruzov çıxış edərək Gürsüstan Peşəkar Mühasiblər və Auditorlar Federasiyasının rəhbərliyini, əməkdaşlarını və üzvlərini 20 illik yubiley münasibətilə təbrik etdi və möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının Azərbaycan auditinə göstərdiyi böyük diqqət və qayğının təzahürü kimi Auditorlar Palatasının  bir qrup üzvünün “Tərəqqi” medalı ilə təltif olunması və Prezidentin Palataya təbrik məktubu ünvanlaması tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.

Səfər zamanı İsrail və Estoniyanın nümayəndə heyətləri ilə təşkilatlarımız arasında əməkdaşlıq sazişlərinin bağlanması barədə fikir mübadiləsi aparıldı və ilkin razılıq əldə olundu.

Konfrans iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan iqtisadi islahatlar, struktur dəyişiklikləri, hesabatlığın və şəffaflığın gücləndirilməsi istiqamətində görülən işlər barədə nümayəndə heyətinin üzvləri tərəfindən geniş məlumat verildi.