2016-cı il 17-18 may tarixlərində Azərbaycan Respublikası Auditorlar Palatasında “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlara uyğun hazırlanması praktikası” və “Firmadaxili standartların tərtibinə dair metodik göstərişin şərhi” mövzularında Təlim keçirilmişdir.
2016-05-17
2016-cı il 17-18 may tarixlərində Azərbaycan Respublikası Auditorlar Palatasında “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlara uyğun hazırlanması praktikası” və “Firmadaxili standartların tərtibinə dair metodik göstərişin şərhi” mövzularında Təlim keçirilmişdir.
Ölkəmizdə uğurla həyata keçirilən iqtisadi islahatlara dəstək verilməsi, sahibkarlıq subyektləri tərəfindən maliyyə hesabatlarının hazırlanmasında beynəlxalq standartların tətbiqinin təmin edilməsi və şəffaflığın artırılması sahəsində müəssisə və təşkilatlara metodiki yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Auditorlar Palatası beynəlxalq auditor təşkilatları və tədris mərkəzləri ilə birlikdə 2016-cı il 17 may tarixində "Maliyyə Hesabatlarının Beynəlxalq Standartlara uyğun hazırlanması praktikası" və “Firmadaxili standartların tərtibinə dair metodik göstərişin şərhi” mövzularında təlim keçirilmişdir.
Təlim "Deloitte &Touche" beynəlxalq auditor şirkətinin auditor üzrə baş mütəxəssisləri Ruslan Məmmədov və Nurlan İsmayılov Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov tərəfindən aparılmışdır.
Təlimdə dövlət, özəl şirkət, müəssisə və təşkilatların mütəxəssisləri iştirak etmişlər. Sonda maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun hazırlanmasının metodologiyası, Milli Mühasibat Uçotu Standartlarına əsasən hazırlanmış maliyyə hesabatlarının İFRS-lərə transferi texnologiyası tədris olunmuş, habelə mühasibat-maliyyə mövzusunda dinləyiciləri maraqlandıran suallar cavablandırılmışdır.
Təlimin ikinci hissəsi 2016-cı il 18 may tarixində saat 10:00-da Auditorlar Palatasında keçiriləcəkdir. Təlim "Headstart International" tədris mərkəzinin və Azərbaycan Mühasiblər və Risk Peşəkarları Asossiyasının beynəlxalq sertifikatlı peşəkar mütəxəssisləri tərəfindən aparılmışdır.