2016-cı il 20 aprel tarixində Auditorlar Palatasında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 aprel tarixli 1934 nömrəli “Azərbaycan Respublikasının Auditorlar Palatası üzvlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” Sərəncamına uyğun olaraq medalların təqdimetmə mərasimi keçirilmişdir
2016-04-20
2016-cı il 20 aprel tarixində Auditorlar Palatasında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 aprel tarixli 1934 nömrəli “Azərbaycan Respublikasının Auditorlar Palatası üzvlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” Sərəncamına uyğun olaraq medalların təqdimetmə mərasimi keçirilmişdir
2016-cı il 20 aprel tarixində Auditorlar Palatasında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 aprel tarixli 1934 nömrəli “Azərbaycan Respublikasının Auditorlar Palatası üzvlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” Sərəncamına uyğun olaraq medalların təqdimetmə mərasimi keçirilmişdir.
Mərasimi giriş sözü ilə Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov açaraq ölkə auditorları adından Auditorlar Palatasının yaradılmasının 20 illik yubileyi münasibətilə Palatanın kollektivinə və üzvlərinə Azərbaycan Respublikası Prezidenti tərəfindən ünvanlanmış təbrik məktubuna və “Azərbaycan Respublikasının Auditorlar Palatası üzvlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” 2016-cı il 4 aprel tarixli 1934 nömrəli Sərəncamı ilə Palatanın 13 üzvünün təltif edilməsi ilə əlaqədar ölkə Prezidentinə minnətdarlığını bildirdi. Eyni zamanda qeyd etdi ki, ölkə Prezidenti tərəfindən Auditorlar Palatasının yaradılmasının 20 illik yubileyi ilə əlaqədar imzalanmış təbrik məktubu və təltif barədə Sərəncamı Auditorlar Palatasının əməkdaşları və üzvləri qarşısında məsul vəzifələr qoymuşdur. Bundan sonra ölkə auditorları şəffaflığın artırılmasında və iqtisadiyyatın inkişafında sahibkarlığa daha geniş rəvac verilməsində öz məsuliyyətlərini daha dərindən dərk etməli və tədbirlər sistemi işləyib hazırlamalıdırlar. Başqa sözlə ölkə Prezidentinin təbrik məktubunda göstərildiyi kimi Azərbaycanda auditor xidməti yenidən qurulmalıdır.
Tədbirdə iştirak edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət məsələləri şöbəsinin müdiri Mail Rəhimov ölkə auditorlarını Palatanın yaradılmasının 20 illik yubileyi münasibətilə təbrik etdi və yeni iqtisadi maliyyə şəraitində auditor xidmətinin vəzifələrini açıqlayaraq Auditorlar Palatası qarşısında duran problemlərin həllinin vacibliyini qeyd etdi.
Sonra ölkə Prezidentinin Sərəncamı ilə təltif edilmiş aşağıdakı 13 nəfərə medallar təqdim edildi:
10. Rəhimov Vəli Rəhim oğlu
11. Soltanov Qulu Mehbalı oğlu
12. Talıbov Nəcəf Musa oğlu
13. Vəliyev İlqar Əflatun oğlu
Tədbirdə Auditorlar Palatasının yaradılmasının 20 illik yubileyi münasibətilə uzun müddət əmək fəaliyyətinə və auditin inkişafına verdiyi töhfələrinə görə Palatanın bir qrup aşağıdakı üzvlərinə və əməkdaşlarına “Fəxri auditor” döş nişanı və “Fəxri fərman”lar təqdim edildi:
“Fəxri auditor” döş nişanı:
“Fəxri fərman”: