2016-cı ilin 05-06 aprel tarixlərində Bakı şəhərində Azərbaycan Respublikası Auditorlar Palatasının 20 illik yubileyinə həsr olunmuş tədbir və «Müasir şəraitdə auditin tənzimlənməsinin aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir

2016-cı ilin 05-06 aprel tarixlərində Bakı şəhərində Azərbaycan Respublikası Auditorlar Palatasının 20 illik yubileyinə həsr olunmuş tədbir və «Müasir şəraitdə auditin tənzimlənməsinin aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir

2016-04-11

2016-cı ilin 05-06 aprel tarixlərində Bakı şəhərində Azərbaycan Respublikası Auditorlar Palatasının 20 illik yubileyinə həsr olunmuş tədbir və «Müasir şəraitdə auditin tənzimlənməsinin aktual problemləri”  mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir

2016-cı il 05 aprel tarixində Auditorlar Palatasının fəaliyyətə başlamasının 20 illiyinə həsr olunmuş yubiley tədbiri və tədbir çərçivəsində “Müasir şəraitdə auditin tənzimlənməsinin  aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.

Tədbirdə Auditorlar Palatasının əməkdaşlıq etdiyi müvafiq yerli və xarici qurumların, hökumət  və qeyri hökumət təşkilatlarının, özəl sektorun, elmi-tədqiqat institutlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.

Tədbir iştirakçıları “Fəxri Xiyaban”da xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət etmişlər.

 “Park Inn” otelində keçirilən tədbiri giriş sözü ilə Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov açmışdır. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra isə Auditorlar Palatasının yaradılmasının 20-ci ildönümü münasibətilə Prezident İlham Əliyevin Palatanın kollektivinə və üzvlərinə ünvanladığı təbrik məktubu, habelə Auditorlar Palatası üzvlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 aprel 2016-cı il tarixli Sərəncamı oxunmuşdur (Təbrik məktubu və Sərəncam əlavə olunur).
 


 

Auditorlar Palatasının sədri Vahid Novruzov Palatanın fəaliyyət istiqamətləri barədə geniş məlumat verərək qeyd etmişdir ki, Azərbaycanda auditor xidmətinin inkişafı və tətbiqinin genişləndirilməsi son dövrlərdə qəbul edilən və uğurla yerinə yetirilən bir sıra mühüm dövlət proqramlarında müstəqil auditin vacib problemlərinin müəyyənləşdirilməsi və həlli sayəsində mümkün olmuşdur. Auditorlar Palatası ötən 20 il ərzində auditin təbliği və yayılması istiqamətində bir çox işlər görmüş, o cümlədən, auditə dair 46 kitab, 43 Milli audit standartları, Beynəlxalq Audit Standartları- 2 nəşr, "Audit.Qanunvericilik və normativ sənədlər" toplusu- 8 cilddə, "Sahəvi auditlərin aparılmasına dair proqramlar"- 4 nəşr hazırlamış, "İqtisadiyyat və audit" jurnalını təsis etmiş, 20-dən çox Beynəlxalq elmi-praktik konfrans, simpozium, forum keçirmiş,  on səkkizi regionlarda olmaqla 100-dək seminar və dəyirmi masa təşkil etmiş, auditor xidməti bazarının genişləndirilməsi, auditin həcminin və keyfiyyətinin yüksəldilməsi, peşəkar auditor kadrlarının hazırlanması sahəsində kompleks tədbirlər həyata keçirmişdir. Auditorlar Palatası yarandığı ildən başlayaraq qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq qurumlarla birgə dövlətimizin mənafeyinin qorunması istiqamətində prinsipial mövqeyə əsaslanan fəaliyyətini bu gün də davam etdirir. Ötən dövrdə Auditorlar Palatası 7 dövlət proqramının iştirakçısı olmuş və üzərinə düşən vəzifələri tam yerinə yetirmişdir. V.Novruzov qeyd etmişdir ki, MDB məkanında ilk dəfə Azərbaycanda Beynəlxalq Daxili Auditorlar İnstitutunun regional bölməsi təsis edilmişdir. Sonradan müstəqil instituta çevrilən Azərbaycan Daxili Auditorlar İnstitutu Avropa və Asiya Konfederasiyalarının üzvlüyünə Auditorlar Palatasının dəstəyi ilə nail olmuşdur.

 Sonra Auditorlar Palatasının 20 illik yubileyinə həsr olunan sənədli film nümayiş etdirilmişdir.

https://www.youtube.com/watch?v=F7ucpM98C78

Sənədli filmin nümayişi başa çatdıqdan sonra Auditorlar Palatasının 20 illik yubileyi ilə əlaqədar təbriklər səslənmişdir. İlk təbriki söyləyən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə çıxış edərək bildirmişdir ki, yaranmasının 20 illiyini qeyd edən Auditorlar Palatası bu dövr ərzində milli audit sisteminin bərqərar olması, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizə, bütövlükdə, ölkə iqtisadiyyatının inkişafında auditin rolunun yüksəldilməsində yaxından iştirak edir. İqtisadiyyatımızın davamlı inkişafı nəticəsində maliyyə hesabatlılığında şəffaflığın təmin olunması sahəsində maliyyə nəzarətinin, eləcə də müstəqil auditin qarşısında qoyduğu öhdəliklər uğurla yerinə yetirilir.

Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) prezidenti Bodo Richardt Azərbaycan Respublikası Auditorlar Palatasının öz fəaliyyəti dövründə böyük uğurlara imza atdığını qeyd etmişdir.

B.Richardt bildirmişdir ki, rəhbəri olduğu qurum ilə Auditorlar Palatası arasında mühüm əlaqələr qurulmuşdur. Beynəlxalq Standartların tətbiqi sahəsində Azərbaycan Respublikası Auditorlar Palatası böyük işlər görmüş və qeyd edilən əlaqələr baxımından bu işlərin önəmi böyükdür.

Sonra Rumıniya Auditorlar Maliyyə Palatasının fəxri prezidenti Horia Neamtu, Monteneqro Mühasiblər və Auditorlar İnstitunun icraedici direktoru Rade Scekic, Polşa Milli Auditorlar Palatasının vitse-prezidenti Barbara Misterska-Draqan, “JPA İnternational Gürcüstan” Mühaiblər, Auditorlar və Məsləhətçilər Cəmiyyətinin direktoru Giorgi Rusiashvili, Peşəkar mühasiblərin, maliyyə menecerlərinin və iqtisadçıların milli institutunun prezidenti, Türkiyə Sərbəst Mühasibəçi Mali Müşavirlər  və Yeminli Mali Müşavirlər Odaları Birliyinin (TÜRMOB)  prezidenti Nail Sanlı, Samara şəhəri dairəsinin maliyyə nəzarəti idarəsinin rəhbəri, Samara vilayəti Maliyyə İdarəçiliyi Nazirliyinin kollegiya üzvü Dmitri Yakovenko, Gürcüstan Peşəkar Auditorlar və Mühasiblər Federasiyasının icraçı direktoru Lavrenti Çumburidze, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Kooperasiy1a Universitetinin rektoru, Milli Məclisin deputatı Eldar Quliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Daməd Bağırov, Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Quliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İlqar Rəhimov, “Ernst  & Yanq holdinqs (SiAyEs) Bi.Vi” şirkətinin Azərbaycan Respublikasındakı filialının idarəedici partnyoru İlqar Vəliyev və başqaları çıxış edərək əminliklə bildirmişlər ki, Auditorlar Palatası Azərbaycanda davamlı inkişaf və yüksək sosial səviyyəsinə hədəflənən inkişaf konsepsiyasının həyata keçirilməsinə bundan sonra da öz töhfəsini verməkdə davam edəcəkdir.

Konfransın ikinci hissəsi öz işini plenar iclasla davam etdirmişdir.  İclas Beynəlxalq Mühasiblər Federasiyasinin (İFAC) prezidenti xanım Olivia F.Kirtleyin “Auditorların və Mühasiblərin fırıldaqçılıq və korrupsiya halları ilə mübarizədə rolu” mövzusunda olan video məruzəsi ilə başlamışdır.  

 Plenar iclasda Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Akif Musayev “Vergi nəzarəti və vergilərin auditi” mövzusunda, Rumıniya Maliyyə Auditorlar Palatasının fəxri prezidenti Horia Neamtu “Peşəkar audit qurumları üçün normativ problemlər” mövzusunda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti  Süleyman Qasımov “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizədə daxili nəzarət sisteminin rolu” mövzusunda, Türkiyə Sərbəst Mühasibəçi Maliyyə Müşavirlər və Yeminli Mali Müşavirlər Odaları Birliyinin prezidenti Nail Sanlı “Türkiyə Peşəkar Mühasiblərinin audit təcrübələri, audit və mühasibat peşələrinin gələcəyinin qiymətləndirilməsi” mövzusunda, Azərbaycan İqtisadçılar İttifaqının sədr müavini Elşad Səmədzadə “Davamlı inkişafın təmin edilməsində auditin rolunun gücləndirilməsi istiqamətləri” mövzusunda, “JPA İnternational Gürcüstan” Mühasiblər, Auditorlar Və Məsləhətçilər Cəmiyyətinin direktoru Giorgi Rusiashvili “Gürcüstandakı Maliyyə Hesabtlığında şəffaflıqla bağlı problemlər: Beynəlxalq təcrübənin ən yaxşı praktikalarının işiqlandırılması” mövzusunda, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin rəisi Rəşid Mahmudov “Maliyyə nəzarəti və korrupsiya cinayətlərinin istintaqı zamanı mütəxəssislərin rolu” mövzusunda, Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu və audit” kafedrasının müdiri Sifariz Səbzəliyev “Respublikanın uçot praktikasında Maliyyə Hesabatının Beynəlxalq Standartlarından istifadə edilməsi imkanları” mövzusunda, Peşəkar mühasiblərin və iqtisadçıların milli institutunun prezidenti, Samara şəhərinin maliyyə nəzarəti idarəsinin rəhbəri, Samara vilayəti Maliyyə İdarəçiliyi Nazirliyinin kollegiya üzvü Dmitri Yakavenko “Büdcə təşkilatlarının dövlət və bələdiyyə ehtiyacları üçün tədarük edən təşkilatların maliyyə hesabatlarının auditi: korrupsiya risklərinin aşkar edilməsi, aşkar etməmə riski, dövlət və yerli  özünüidarəetmə orqanları tərəfindən keçirilən anti-korrupsiya auditi çərçivəsində korrupsiya faktlarının aşkar edilməsinin nəticələri” mövzusunda, Monteneqro Mühasiblər və Auditorlar İnstitutunun icraedici direktoru Rade Scekic “Monteneqronun audit sahəsindəki təcrübələri” mövzusunda, İstanbul Sərbəst Mühasiblər Maliyyə Müşavirləri Odasının katibi Erol Demirel və İstanbul Sərbəst Mühasiblər Maliyyə Müşavirləri Odasının Direktorlar Şurasının üzvü Abdulkadir Şahin “Müstəqil auditin korporativ idarəetməyə təsiri və müstəqil auditdə maarifləndirmə aparılması üçün tələblər” mövzusunda, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədrinin müavini Yusif Yusifov və Dövlət Statistika Komitəsinin Keyfiyyətin idarəedilməsi və metaməlumatlar şöbəsinin müdiri Vüqar Məmmədəlizadə “Statistika sistemində daxili auditlərin təşkili keyfiyyətin idarəedilməsi sisteminin əsas alətlərindən biri kimi” mövzusunda, “Headstart İnternational Consulting” MMC-nin direktoru Seyid Əli “Beynəlxalq Audit Standartlarının tətbiqi və auditdə keyfiyyətin təminatı problemləri” mövzusunda çıxış etmişlər.

Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur (Müraciət əlavə olunur). 
 

Konfransın ikinci günü 2016-cı il 6 aprel tarixində Auditorlar Palatasında bölmə iclasları keçirilmişdir. İclas üç bölmədən ibarət olmuş, 1-ci “Auditin təşkili və tənzimlənməsi” mövzusunda 25 tezis, 2-ci “Təsərrüfat subyektlərində daxili auditin təşkili” mövzusunda 12 tezis və 3-cü “Maliyyə hesabatlarında və uçot siyasətində şəffaflığın təmin edilməsi” mövzusunda 34 tezis təqdim olunmuşd7ur. Həmin bölmələrə dair təqdim olunan tezislərin müəlliflərindən  bir neçəsi çıxış etmişdir. Dinlənilən məruzələr və təqdim olunan materiallar ətrafında geniş müzakirələr aparılmış və dinləyicilərin sualları cavablandırılmışdır.

Həmin gün konfransda iştirak edən xarici qurumların nümayəndələri Heydər Əliyev Mərkəzi və “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu ilə tanış olmuşlar.

Sonra xarici ölkələrin audit və mühasibat qurumlarının nümayəndələri ilə auditin normativ hüquqi bazasına, metodiki təminatına, təşkili və tənzimlənməsinə dair təcrübə mübadiləsi aparılmışdır.