Auditorlar Palatasının nümayəndə heyəti Dünya Bankının Varşava şəhərində keçirdiyi beynəlxalq tədbirdə iştirak etmişdir
2016-03-29
Auditorlar Palatasının nümayəndə heyəti 17-18 mart tarixlərində Varşava şəhərində Dünya Bankının «Maliyyə hesabatlarına tələblər: tələblərin müəyyənləşdirilməsi və yerinə yetirilməsi» mövzusunda keçirilmiş beynəlxalq tədbirdə iştirak etmişdir.
Tədbir Dünya Bankının «Avropa İttifaqının Şərq tərəfdaşlığı ölkələrində – Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynada auditin və hesabatlılığın möhkəmləndirilməsi» (STAREP) proqramı çərçivəsində keçirilmişdir.
Plenar iclasda iştirakçı qurumların nümayəndələri mövzuya dair məruzələrlə çıxış etmiş, peşəkar disskusiyalar aparmışlar.
Tədbirdə Harald Bransas (Norveç), Riçard Martin (ACCA), Conatan Huper (CFRR), Andrey Busuyok (CFRR) Avropa İttifaqının mühasibat və auditə dair Direktivlıərinin tələblərinin tətbiqi praktikası mövzularında çıxışlar etmişlər.
Eyni zamanda, təcrübə mübadilələri zamanı Avropa İttifaqının 4, 7 və 8-ci Direktivinin tələbləri, xüsusilə auditin keyfiyyətinə nəzarət, auditor təşkilatlarının təşkilati hüquqi formaları və digər mövzularda diskusiyalar aparılmış, nümayəndə heyətinin üzvləri tərəfindən çoxsaylı təkliflər verilmiş, bu proqram daxilində növbəti tədbirdə Azərbaycan nümayəndə heyətinə ölkəmizdə mühasibat və audit barədə təqdimat hazırlanması barədə müraciət edilmişdir.
![]() |