AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
2016-03-11

2016-cı il 11 mart tarixində Azərbaycan Respublikası Auditorlar Palatasının növbəti Şura iclası keçirilmişdir. Şura üzvlərinin və Palata Şurasının yanında Komitə sədrlərinin iştirak etdiyi Şura iclasında aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir:
- Auditor xidməti sahəsində araşdırma və intizam tədbirləri sisteminin tətbiqi barədə
- Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında Komitələrin 2015-ci il üzrə fəaliyyətinin yekunlarına dair hesabatları və 2016-cı il üzrə iş planları barədə
- Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü olan auditorların 2015-ci il ərzində keçirilən ixtisasartırma kurslarında iştiraklarının nəticələri barədə
- Azərbaycan Respublikasının Auditorlar Palatasına Fəxr üzvlərin seçilməsi barədə
- 2015-ci il üzrə fəaliyyətlərinə dair hesabat formasını gec təqdim edən Auditorlar Palatasının üzvləri barədə