AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR

2015-ci il 25 dekabr tarixində Azərbaycan Respublikası Auditorlar Palatasının növbəti Şura iclası keçirilmişdir. Şura üzvlərinin və Palata Şurasının yanında Komitə sədrlərinin iştirak etdiyi Şura iclasında aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir:
- “Auditor fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanun layihəsi barədə
- Milli auditor təşkilatları üçün nümunəvi firmadaxili audit standartlarının hazırlanmasına dair metodik göstəriş barədə
- Auditdə qiymətlərin tənzimlənməsi sisteminin təkmilləşdirilməsinə dair metodik vəsaitin hazırlanması
- Sahəvi audit proqramlarının 4-cü nəşri barədə
- Auditorlar Palatasının statusunun beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması barədə