2015-12-18

2015-ci il 18 dekabr tarixində Auditorlar Palatasında “Vətəndaşların müraciətləri” haqqında Azərbaycan Respublikası Qanununun təqdimatı, “610 saylı ( 2013-cü ildə düzəliş edilmiş)BAS: Daxili auditorların işindən istifadə edilməsi”, “Digər BAS-lara edilmiş müvafiq düzəlişlər”, “810 saylı BAS: İcmal maliyyə hesabatlarına dair hesabat tapşırığı”, “1000 saylı BAS: Maliyyə alətlərinin auditi üzrə xüsusi mülahizələr” mövzularında seminar keçirilmişdir.
Ölkə Prezidentinin proqram xarakterli göstərişlərinin rəhbər tutaraq, müstəqil maliyyə nəzarəti sahəsində mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatın xüsusiyyətlərini nəzərə almaqla ölkəmizdə tətbiqini genişləndirmək istiqamətində həyata keçirdiyi tədbirlərə, Auditorlar Palatasının Beynəlxalq Mühasiblər Federasiyası (İFAC) qarşısında götürdüyü üzvlük öhdəliklərinə və Auditorlar Palatasının 2015-2017-ci illər üzrə iş planının 8.2-ci “Beynəlxalq Audit Standartlarının tətbiqinə dair silisilə seminarların keçirilməsi” bəndinə uyğun olaraq, ölkəmizdə auditor xidmətinin Beynəlxalq Audit Standartlarına uyğunlaşdırılması mühüm əhəmiyyət kəsb edir.
Məqsəd Azərbaycan Respublikasında auditor fəaliyyətinin Beynəlxalq təcrübəyə əsaslanan işlək normativ-hüquqi sənədlər bazası ilə təmin edilməsi, bu növ fəaliyyətdə obyektivliyin, müstəqilliyinin və şəffaflığının artırılması, auditin keyfiyyətinin yüksəldilməsi ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının təmin edilməsi və inkişafı üçün zəruri şəraitin yaradılmasından ibarətdir.
Bu məqsədə nail olmaq üçün Beynəlxalq Mühasiblər Federasiyasının (İFAC) təsdiq etdiyi Beynəlxalq Audit Standartlarının 2013-cü il versiyasının ayda iki dəfə olmaqla seminar şəklində Auditorlar Palatasının üzvü olan auditorların nəzərinə çatdırmaqdır.
Ona görə də 2015-ci il 18 dekabr tarixində Auditorlar Palatasının əməkdaşlarının və üzvlərinin iştirakı ilə son seminar keçirilmişdir.
Seminarı giriş sözü ilə Auditorlar Palatası Aparatının rəhbəri Qəşəm Bayramov açaraq, Azərbaycanda Beynəlxalq Audit Standartlarının tətbiqinin vacibliyindən danışdı və bu standartlara edilmiş əlavə və dəyişikliklərin müntəzəm olaraq seminar şəklində üzvlərimizin diqqətinə çatdırılacağını qeyd etdi. Sonra seminarda “ANR Audit” MMC-nin direktor-auditoru Namiq Abbaslı “810 saylı BAS: İcmal maliyyə hesabatlarına dair hesabat tapşırığı” və “1000 saylı BAS: Maliyyə alətlərinin auditi üzrə xüsusi mülahizələr”, sədrin elmi metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov “610 saylı (2013-cü ildə düzəliş edimiş) BAS: Daxili auditorların işindən istifadə edilməsi”, “Digər BAS-lara edilmiş müvafiq düzəlişlər”, Auditin hüquqi təminatı və standartlaşdırma idarəsinin rəisi Maarif Abbasov “Vətəndaşların müraciətləri” Haqqında Azərbaycan Respublikası Qanununun təqdimatı” mövzusunda geniş məruzə ilə çıxış etmişlə və peşəkar müzakirələr aparılmışdır.
İnanırıq ki, belə tədbirlərin həyata keçirilməsi tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikası ərazisində auditor xidmətinin Beynəlxalq Audit Standartları əsasında davamlı icrasını təmin edəcək və orada müzakirə olunan məsələlər auditor xidməti göstərilən zaman obyektivliyin, müstəqilliyin və şəffaflığının artırılması, auditin keyfiyyətinin yüksəldilməsi istiqamətində Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən auditor və auditor təşkilatları üçün faydalı olacaqdır.