AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR

2015-11-25

2015-ci il 25 noyabr tarixində Azərbaycan Respublikası Auditorlar Palatasının növbəti Şura iclası keçirilmişdir. Şura üzvlərinin və Palata Şurasının yanında Komitə sədrlərinin iştirak etdiyi Şura iclasında aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir:

  1. Auditor xidməti sahəsində araşdırma və intizam tədbirləri sistemi üzrə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi barədə
  2. “Audit. Qanunvericilik və normativ sənədlər toplusu” kitabının VIII cildinin nəşri barədə
  3. "Turizm müəssisələrində   audit  aparılmasına dair proqram"ın layihəsi barədə
  4. Auditin statistik göstəricilər sisteminə dair məlumatları Auditorlar Palatasına təqdim etməyən auditor təşkilatları və sərbəst auditorlar barədə 
  5. Keyfiyyətə nəzarət, audit, təhlil, digər təsdiqləmə və əlaqəli xidmətlər üzrə Beynəlxalq Standartlar Toplusunun tərcüməsi, nəşri və tətbiqi barədə
  6. Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında Beynəlxalq əlaqələr üzrə komitənin sədri Lamiyə Bayramovanın Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) 2015-ci il 11 və 12 noyabr tarixlərində keçirilmiş Şura İclasında iştirakı barədə