AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
2015-11-11

2015-ci il 11 noyabr tarixində Azərbaycan Respublikası Auditorlar Palatasının növbəti Şura iclası keçirilmişdir. Şura üzvlərinin və Palata Şurasının yanında Komitə sədrlərinin iştirak etdiyi Şura iclasında aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir:
- Turizm üzrə sahəvi audit proqramının layihəsinin hazırlanmasına dair
- Sərbəst auditorlar və auditor təşkilatları tərəfindən 2015-ci ilin I yarımilliyi üzrə təqdim edilmiş hesabatların təhlili və tövsiyələrin hazırlanmasına dair
- Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Belarusiya Sertifikatlaşdırılmış Mühasiblər və Auditorlar Assosiasiyası arasında Əməkdaşlıq Sazişinin imzalanması barədə
- Azərbaycan Respublikasının Auditorlar Palatasına Fəxr üzv qəbul edilməsi barədə