AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR

2015-10-01

AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
 

2015-ci il 30 sentyabr tarixində Azərbaycan Respublikası Auditorlar Palatasının növbəti Şura iclası keçirilmişdir. Şura üzvlərinin və Palata Şurası yanında Komitə sədrlərinin də iştirak etdiyi Şura iclasında aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir:

1. Audit komitəsi haqqında nümunəvi Əsasnamənin hazırlanması barədə;
2. ``Əlaqəli xidmətlərin göstərilməsini tənzimləyən normativ metodik bazanın yaradılması`` barədə;
3. ``Audit sistemində hesabatlılığın təkmilləşdirilməsi`` bəndinə uyğun olaraq hazırlanmış təkliflər barədə;
4. Auditorlar Palatası Şurasının 2015-ci il 26 may tarixli 263/3 saylı ``Məcburi audit subyektləri olan auditor təşkilatlarının auditdən keçmə və auditorların peşə məsuliyyətlərinin icbari sığortalanması vəziyyətlərinin araşdırılması barədə`` qərarının icrası haqqında;
5. Sərbəst auditorlar və auditor təşkilatlarının 2015-ci ilin I yarımilliyi üzrə təqdim edilmiş hesabatlarına dair icmal barədə.