2015-07-09

Auditorlar Palatasının nümayəndə heyətinin Lissabon səfəri
Auditorlar Palatasının sədri Vahid Novruzovun rəhbərlik etdiyi nümayəndə heyəti 2015-ci il 25-26 iyun tarixlərində Portuqaliyanın Lissabon şəhərində keçirilən Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) İllik Ümumi Yığıncağında və EFAA ilə Portuqaliyanın Sertifikatlı Mühasiblər Birliyinin (OTOC) birgə təşkil etdikləri “Qlobal iqtisadi böhran və onun aradan qaldırılması - Maliyyə hesabatlığına tənqidi baxış” mövzusunda beynəlxalq konfransın işində də iştirak etmişdir.
Konfransı 2015-ci ilin 25 iyun tarixində giriş sözü ilə EFAA-nın Prezidenti Bodo Richardt açdı.
Konfransın I hissəsində ACCA-nın Korporativ Mühasibatlığının rəhbəri, EFAA-nın Mühasibatlıq üzrə Ekspert qrupunun sədri Richard Martin, Aveiro Universitetinin professoru Garaca Azevedo, Fransa Ali Şurasının sədri Philippe Arraou, Çavado və Ave Politexnik İnstitutunun professoru və OTOC-un Direktorlar Şurasının üzvü “Mühasibatlıq və Maliyyə Hesabatının Avropada inkişafı” mövzusu ətrafında çıxışlar etdilər.
Konfransın II hissəsində İctimai Əhəmiyyətli Nəzarət Şurasının üzvü, Avropa Komissiyasının keçmiş direktoru və baş auditoru Jules Muis, Aveiro Universitetinin professoru, Milli Mühasibatlıq Standartları Şurasının üzvü Avelino Antao, İrlandiyanın İctimai Sertifikatlı Mühasiblər idarəsinin baş icraçı direktoru Eamoun Siqqins, Regensburq Universitetinin professoru `Alex Haller “Stabil Avropa üçün Mühasibatlığın rolu” mövzusu ətrafında çıxışlar etdilər.
Konfransın sonunda EFAA-nın prezidenti Bodo Richardt və OTOC-un prezidenti Dominques de Azevedo yekun nitqi ilə çıxış etdilər.
2015-ci ilin 26 iyun tarixində EFAA-nın İllik Ümumi İclası öz işinə başladı. İclasda EFAA-nın 2014-cü il üzrə maliyyə hesabatları dinlənildi. Daha sonra EFAA-nın 2015-c il üzrə yenidən işlənmiş büdcəsinin təqdimatı oldu və 2016-cı il üzrə büdcəsi təsdiq edildi.
İclasda EFAA-nın 2015-2016-cı illər üzrə Fəaliyyət Planı təsdiq edildi və EFAA-nın İllik Ümumi İclasının və konfransın 2016-cı ilin iyun ayında İspaniyada, Direktorlar Şurasının iclasının isə 2016-cı ilin noyabr ayında Fransanın paytaxtı Paris şəhərində keçirilməsi barədə qərara gəldilər.
Beynəlxalq tədbir zamanı Almaniya, Macarıstan, Portuqaliya, Hollandiya, Fransa təmsilçiləri ilə işgüzar görüşlər keçirilmiş və gələcək əməkdaşlıq barədə müzakirələr aparılmışdır.