2015-06-30

Auditorlar Palatasında “Məcburi auditdən yayınmaya görə inzibati məsuliyyətin tətbiqi ilə bağlı tədbirlərin görülməsi” mövzusunda “Dəyirmi masa” keçirilmişdir
2015-ci il 30 iyun tarixində Auditorlar Palatasında məcburi auditdən yayınma və onun səbəblərinin neqativ nəticələrinin və aradan qaldırılması yollarının müzakirəsinə həsr olunmuş “Dəyirmi masa” keçirilmişdir.
Tədbirdə Palatanın sədri Vahid Novruzov, Palata Aparatının rəhbəri Qəşəm Bayramov, “ANR AUDİT” MMC-nin direktor-auditoru, Auditorlar Palatasının Şurası yanında Beynəlxalq Standartlar üzrə Komitənin sədri Namiq Abbaslı, “MAK Azərbaycan LTD” MMC-nin direktor-auditoru, Auditorlar Palatasının Şurası yanında Milli auditə dəstək üzrə Komitənin sədri Zamin Hüseynov, “HLB Azərbaycan”MMC-nin direktor-auditoru, Auditorlar Palatasının Şurası yanında Keyfiyyətə nəzarət Komitəsinin sədri İslam Bayramov, “Balans Audit”- Məsləhət firmasının direktor-auditoru Əli Nəbiyev, “Deloitte & Touche” MMC-nin Audit üzrə direktoru Rauf Atakişiyev, Sərbəst auditor, Auditorlar Palatasının Şurası yanında Qanunvericilik və hüquqi məsələlər üzrə Komitənin sədri Elnur İbrahimov, Sərbəst auditor , Auditorlar Palatasının Şurası yanında Dövlət orqanları və ictimaiyyətlə əlaqələr üzrə Komitənin sədri Avtandil Əliyev, Kadr hazırlığı, akkreditasiya və beynəlxalq əlaqələr idarəsinin rəisi Səbuhi Gülməmmədov, Keyfiyyətə nəzarət və hüquqi təminat idarəsinin rəisi Maarif Abbasov iştirak etmişlər.
Müzakirə iştirakçıları ölkəmizdə auditin inkişafına mane olan məcburi auditdən yayınma probleminin həlli zərurətini dəfələrlə vurğulamış Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişlərini rəhbər tutaraq problemin aradan qaldırılmasına tezliklə nail olunması zərurətini vurğulamış, bu məqsədlə sistemli yanaşmanın tətbiqi sayəsində komplek tədbirlərin işlənib hazırlanmasını məqsədə müvafiq hesab etmişlər. “Dəyirmi masa”da problemə dair Palatada müzakirə üçün hazırlanmış materialın təkmilləşdirilməsi üzrə konkret təklif və tövsiyyələr verilmiş, onların həyata keçirilməsi sahəsində mövcud potensialdan səmərəli istifadə olunması zərurəti vurğulanmışdır.