AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR

2015-06-22

AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR

 

2015-ci il 22 iyun tarixində Azərbaycan Respublikası Auditorlar Palatasının növbəti Şura iclası keçirilmişdir. Şura üzvlərinin və Palata Şurası yanında Komitə sədrlərinin də iştirak etdiyi Şura iclasında aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir:

1. Auditor fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanun layihəsinin müzakirəsi;
2. Azərbaycan Respublikasının Auditorlar Palatasına üzvlük haqqında Əsasnamə barədə;
3. Auditor xidmətinin keyfiyyətinə nəzarətin beynəlxalq təcrübə əsasında həyata keçirilməsi.