2015-05-15
2015-ci il 15 may tarixində Auditorlar Palatasında “510 saylı BAS: İlk audit-ilkin qalıqlar” və “520 saylı BAS: Analitik prosedurlar” və “Auditin statistik göstəricilər sistemi” mövzularında seminar keçirilmişdir
Ölkə Prezidentinin proqram xarakterli göstərişlərinin rəhbər tutaraq, müstəqil maliyyə nəzarəti sahəsində mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatın xüsusiyyətlərini nəzərə almaqla ölkəmizdə tətbiqini genişləndirmək istiqamətində həyata keçirdiyi tədbirlərə, Auditorlar Palatasının Beynəlxalq Mühasiblər Federasiyası (İFAC) qarşısında götürdüyü üzvlük öhdəliklərinə və Auditorlar Palatasının 2015-2017-ci illər üzrə iş planının 8.2-ci “Beynəlxalq Audit Standartlarının tətbiqinə dair silsilə seminarların keçirilməsi” bəndinə uyğun olaraq, ölkəmizdə auditor xidmətinin Beynəlxalq Audit Standartlarına uyğunlaşdırılması mühüm əhəmiyyət kəsb edir.
Məqsəd Azərbaycan Respublikasında auditor fəaliyyətinin Beynəlxalq təcrübəyə əsaslanan işlək normativ-hüquqi sənədlər bazası ilə təmin edilməsi, bu növ fəaliyyətdə obyektivliyin, müstəqilliyinin və şəffaflığının artırılması, auditin keyfiyyətinin yüksəldilməsi ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının təmin edilməsi və inkişafı üçün zəruri şəraitin yaradılmasından ibarətdir.
Bu məqsədə nail olmaq üçün Beynəlxalq Mühasiblər Federasiyasının (İFAC) təsdiq etdiyi Beynəlxalq Audit Standartlarının 2013-cü il versiyasının ayda iki dəfə olmaqla seminar şəklində Auditorlar Palatasının üzvü olan auditorların nəzərinə çatdırmaqdır.
Ona görə də 2015-ci il 15 may tarixində Auditorlar Palatasının əməkdaşlarının və üzvlərinin iştirakı ilə seminar keçirilmişdir.
Seminarı giriş sözü ilə Auditorlar Palatası Aparatının rəhbəri Qəşəm Bayramov açaraq, Azərbaycanda Beynəlxalq Audit Standartlarının tətbiqinin vacibliyindən danışdı və bu standartlara edilmiş əlavə və dəyişikliklərin müntəzəm olaraq seminar şəklində üzvlərimizin diqqətinə çatdırılacağını qeyd etdi. Sonra seminarda Azərbaycan “HLB Azərbaycan” MMC-nin direktoru, Keyfiyyətə nəzarət Komitəsinin sədri İslam Bayramov “510 saylı BAS: İlk audit-ilkin qalıqlar” və “520 saylı BAS: Analitik prosedurlar”, Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov “Auditin statistik göstəricilər sistemi” mövzularında geniş məruzə ilə çıxış etdilər və peşəkar müzakirələr aparıldı.
İnanırıq ki, belə tədbirlərin həyata keçirilməsi tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikası ərazisində auditor xidmətinin Beynəlxalq Audit Standartları əsasında davamlı icrasını təmin edəcək və orada müzakirə olunan məsələlər auditor xidməti göstərilən zaman obyektivliyin, müstəqilliyin və şəffaflığının artırılması, auditin keyfiyyətinin yüksəldilməsi istiqamətində Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən auditor və auditor təşkilatları üçün faydalı olacaqdır.
Beynəlxalq Audit Standartlarının tətbiqinə dair “530 saylı BAS: Audit seçməsi” və “540 saylı BAS: Mühasibat uçotu üzrə qiymətləndirmələrin, o cümlədən ədalətli dəyər qiymətləndirmələrinin və əlaqəli açıqlamaların auditi” mövzularında növbəti seminar 2015-ci il 29 may tarixində saat 11:00-da Auditorlar Palatasında keçiriləcəkdir (Məruzəçi: “ANR Audit” MMC-nin direktoru, Beynəlxalq Standartlar üzrə Komitənin sədri Namiq Abbaslıdır).