2015-04-17
2015-ci il 17 aprel tarixində Auditorlar Palatasında “330 saylı BAS: Qiymətləndirilmiş risklərə qarşı auditorların cavab tədbirləri” və “402 saylı BAS: Xidmət təşkilatının xidmətindən istifadə edən iqtisadi subyektin auditi üzrə mülahizələr” mövzularında seminar keçirilmişdir
Ölkə Prezidentinin proqram xarakterli göstərişlərinin rəhbər tutaraq, müstəqil maliyyə nəzarəti sahəsində mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatın xüsusiyyətlərini nəzərə almaqla ölkəmizdə tətbiqini genişləndirmək istiqamətində həyata keçirdiyi tədbirlərə, Auditorlar Palatasının Beynəlxalq Mühasiblər Federasiyası (İFAC) qarşısında götürdüyü üzvlük öhdəliklərinə və Auditorlar Palatasının 2015-2017-ci illər üzrə iş planının 8.2-ci “Beynəlxalq Audit Standartlarının tətbiqinə dair silisilə seminarların keçirilməsi” bəndinə uyğun olaraq, ölkəmizdə auditor xidmətinin Beynəlxalq Audit Standartlarına uyğunlaşdırılması mühüm əhəmiyyət kəsb edir.
Məqsəd Azərbaycan Respublikasında auditor fəaliyyətinin Beynəlxalq təcrübəyə əsaslanan işlək normativ-hüquqi sənədlər bazası ilə təmin edilməsi, bu növ fəaliyyətdə obyektivliyin, müstəqilliyinin və şəffaflığının artırılması, auditin keyfiyyətinin yüksəldilməsi ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının təmin edilməsi və inkişafı üçün zəruri şəraitin yaradılmasından ibarətdir.
Bu məqsədə nail olmaq üçün Beynəlxalq Mühasiblər Federasiyasının (İFAC) təsdiq etdiyi Beynəlxalq Audit Standartlarının 2013-cü il versiyasının ayda iki dəfə olmaqla seminar şəklində Auditorlar Palatasının üzvü olan auditorların nəzərinə çatdırmaqdır.
Ona görə də 2015-ci il 17 aprel tarixində Auditorlar Palatasının əməkdaşlarının və üzvlərinin iştirakı ilə ilk seminar keçirilmişdir.
Seminarı giriş sözü ilə Auditorlar Palatası Aparatının rəhbəri Qəşəm Bayramov açaraq, Azərbaycanda Beynəlxalq Audit Standartlarının tətbiqinin vacibliyindən danışdı və bu standartlara edilmiş əlavə və dəyişikliklərin müntəzəm olaraq seminar şəklində üzvlərimizin diqqətinə çatdırılacağını qeyd etdi. Sonra seminarda Azərbaycan Respublikasının Auditorlar Palatasının üzvü, sərbəst auditor Altay Cəfərov “330 saylı BAS: Qiymətləndirilmiş risklərə qarşı auditorların cavab tədbirləri” və “402 saylı BAS: Xidmət təşkilatının xidmətindən istifadə edən iqtisadi subyektin auditi üzrə mülahizələr” mövzularında geniş məruzə ilə çıxış etdi və peşəkar müzakirələr aparıldı.
İnanırıq ki, belə tədbirlərin həyata keçirilməsi tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikası ərazisində auditor xidmətinin Beynəlxalq Audit Standartları əsasında davamlı icrasını təmin edəcək və orada müzakirə olunan məsələlər auditor xidməti göstərilən zaman obyektivliyin, müstəqilliyin və şəffaflığının artırılması, auditin keyfiyyətinin yüksəldilməsi istiqamətində Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən auditor və auditor təşkilatları üçün faydalı olacaqdır.
Beynəlxalq Audit Standartlarının tətbiqinə dair “501 saylı BAS: Audit sübutu seçilmiş maddələr üzrə xüsusi mülahizələr” və “505 saylı BAS: Kənar mənbədən təsdiqləmələr” mövzularında növbəti seminar 2015-ci il 30 aprel tarixində saat 11:00-da Auditorlar Palatasında keçiriləcəkdir (Məruzəçi: “MAK Azərbaycan LTD” MMC-nin direktoru Zamin Hüseynovdur).