AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR

2015-04-14

AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR

2015-ci il 14 aprel tarixində Azərbaycan Respublikası Auditorlar Palatasının növbəti Şura iclası keçirilmişdir. Şura üzvlərinin və bir sıra auditor təşkilatları rəhbərlərinin iştirak etdiyi Şura iclasında aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir:

1. Azərbaycan Respublikası Auditorlar Palatasının 2014-cü il üzrə fəaliyyətinin yekunlarına dair hesabatın müzakirəsi barədə;

2. Auditorlar Palatasının 2014-cü ilin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə dair hesabatın hazırlanması və onun auditinin aparılması barədə;

3. Keyfiyyətə nəzarəti həyata keçirən mütəxəssislərin və Keyfiyyətə nəzarət komitəsinin üzvlərinin maddi həvəsləndirilməsi barədə;

4. Azərbaycan Respublikası Auditorlar Palatasının Keyfiyyətə nəzarət komitəsinin 28 dekabr 2014-cü il tarixli iclas protokolunun müzakirəsi;

5. “Auditorların və mütəxəssislərin ixtisasartırma kurslarının təşkili və keçirilməsi qaydaları” haqqında;

6. 2015-ci il üzrə auditorların ixtisasartırma kursunun tədris proqramının hazırlanması barədə.