2015-ci il 31 mart tarixində Auditorlar Palatasında “315 saylı (düzəliş edilmiş) BAS: İqtisadi subyekt və onun mühitinin öyrənilməsi əsasında əhəmiyyətli təhriflər riskinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi” və “ 320 saylı BAS: Auditin planlaşdırılmasında və həyata keçirilməsində əhəmiyyətlilik” mövzularında seminar keçirilmişdir

2015-03-31

2015-ci il 31 mart tarixində Auditorlar Palatasında “315 saylı (düzəliş edilmiş) BAS: İqtisadi subyekt və onun mühitinin öyrənilməsi əsasında əhəmiyyətli təhriflər riskinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi” və “ 320 saylı BAS: Auditin planlaşdırılmasında və həyata keçirilməsində əhəmiyyətlilik”mövzularında seminar keçirilmişdir

Ölkə Prezidentinin proqram xarakterli göstərişlərinin rəhbər tutaraq, müstəqil maliyyə nəzarəti sahəsində mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatın xüsusiyyətlərini nəzərə almaqla ölkəmizdə tətbiqini genişləndirmək istiqamətində həyata keçirdiyi tədbirlərə, Auditorlar Palatasının Beynəlxalq Mühasiblər Federasiyası (İFAC) qarşısında götürdüyü üzvlük öhdəliklərinə  və Auditorlar Palatasının 2015-2017-ci illər üzrə iş planının 8.2-ci “Beynəlxalq Audit Standartlarının tətbiqinə dair silsilə seminarların keçirilməsi” bəndinə uyğun olaraq, ölkəmizdə auditor xidmətinin Beynəlxalq Audit Standartlarına uyğunlaşdırılması mühüm əhəmiyyət kəsb edir.

Məqsəd Azərbaycan Respublikasında auditor fəaliyyətinin Beynəlxalq təcrübəsinə əsaslanan işlək normativ-hüquqi sənədlər bazası ilə təmin edilməsi, bu növ fəaliyyətində obyektivliyinin, müstəqilliyinin və şəffaflığının artırılması, auditin keyfiyyətinin yüksəldilməsi ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının təmin edilməsi və inkişafı üçün zəruri şəraitin yaradılmasından ibarətdir.           

Bu məqsədə nail olmaq üçün Beynəlxalq Mühasiblər Federasiyasının (İFAC) təsdiq etdiyi Beynəlxalq Audit Standartlarının 2013-cü il versiyasının ayda iki dəfə olmaqla seminar şəklində Auditorlar Palatasının üzvü olan auditorların nəzərinə çatdırmaqdır.

Ona görə də 2015-ci il 31 mart tarixində Auditorlar Palatasının əməkdaşlarının və üzvlərinin iştirakı ilə növbəti seminar keçirilmişdir.

Seminarı giriş sözü ilə Auditorlar Palatası Aparatının rəhbəri Qəşəm Bayramov açaraq, Azərbaycanda Beynəlxalq Audit Standartlarının tətbiqinin vacibliyindən danışdı və bu standartlara edilmiş əlavə və dəyişikliklərin müntəzəm olaraq seminar şəklində üzvlərimizin diqqətinə çatdırılacağını qeyd etdi. Sonra seminarda, Auditorlar Palatasının üzvü, sərbəst auditor Nazim Axundov “315 saylı (düzəliş edilmiş) BAS: İqtisadi subyekt və onun mühitinin öyrənilməsi əsasında əhəmiyyətli təhriflər riskinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi” və “ 320 saylı BAS: Auditin planlaşdırılmasında və həyata keçirilməsində əhəmiyyətlilik” mövzularında geniş məruzə ilə çıxış etdi və peşəkar müzakirələr aparıldı.

İnanırıq ki, belə tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikası  ərazisində auditor xidmətinin beynəlxalq audit standartları əsasında davamlı icrasını təmin  edərərək və orada müzakirə olunan məsələlər auditor xidməti göstərilən zaman obyektivliyin, müstəqilliyinin və şəffaflığının artırılması, auditin keyfiyyətinin yüksəldilməsi istiqamətində Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən auditor və auditor təşkilatları üçün faydalı olacaqdır.

Beynəlxalq Audit Standartlarının tətbiqinə dair “330 saylı BAS: Qiymətləndirilmiş risklərə qarşı auditorların cavab tədbirləri” və “402 saylı BAS: Xidmət təşkilatının xidmətindən istifadə edən iqtisadi subyektin auditi üzrə mülahizələr”mövzularında seminar 2015-ci il 17 aprel tarixində saat 11:00-da Auditorlar Palatasında keçiriləcəkdir (Məruzəçi: Auditorlar Palatasının Şura üzvü, Sərbəst auditor Altay Cəfərov).