2015-01-28

2015-ci il 28 yanvar tarixində Daxili Auditorların “Audit-Azərbaycan” İnstitutunun İdarə Heyətinin iclası keçirilmişdir
2015-ci il 28 yanvar tarixində Daxili Auditorların “Audit-Azərbaycan” İnstitutunun İdarə Heyətinin iclası keçirilmişdir.
İclasda aşağıdakı məsələlərə baxılmışdır:
- “Daxili audit” dərs vəsaitinin yeni strukturu barədə;
- Daxili Audit Standartlarının nəşri barədə;
- “Audit-Azərbaycan” İnstitutun 15 illik yubileyinə hazırlıq;
- “Audit-Azərbaycan” İnstitutun Komitələrin Əsasnamələrinin təsdiqi barədə;
- Daxili auditorların akkreditasiya və qeydiyyatı barədə;
- “Audit-Azərbaycan” İnstitutunun saytının prezentasiyası;
- EFAA-nın Bakıda keçiriləcək tədbirində Audit-Azərbaycan” İnstitutun təşkilatçı qismində iştirakı barədə;
- “Audit-Azərbaycan” İnstitutun növbəti Ümumi Yığıncağının keçirilməsi barədə və digər məsələlər müzakirə edilmişdir.
“Audit-Azərbaycan” İnstitutunun növbəti İdarə Heyəti iclası 2015-ci il 25 fevral tarixində saat 18:30-da keçiriləcəkdir.