2015-01-23

"AUDİTOR FƏALİYYƏTİ HAQQINDA" AZƏRBAYCAN RESPUBLİKASININ QANUN LAYİHƏSİNİN İCTİMAİ MÜZAKİRƏSİ KEÇİRİLMİŞDİR
2015-ci il 23 yanvar tarixində Azərbaycan Respublikasının Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nın 13.2-ci bəndinə və «Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf konsepsiyasına (2012-2020-ci illər)» müvafiq olaraq auditin normativ hüquqi bazasının təkmilləşdirilməsi məqsədi ilə Auditorlar Palatası tərəfindən hazırlanmış «Auditor fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun layihəsinin müzakirəsinə həsr olunmuş «Dəyirmi masa» keçirilmişdir.
İctimai maraq kəsb edən qanun layihəsinin müzakirəsində Azərbaycan Respublikasının Ədliyyə, Vergilər, İqtisadiyyat və Sənaye Nazirliklərinin, Mərkəzi Bankın, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının, Dövlət İqtisad Universitetinin, habelə auditor təşkilatlarının nümayəndələri iştirak etmişlər.
«Dəyirmi masa»da işgüzar müzakirələr aparılmış, iştirak edən tərəflər layihə ilə bağlı dəyərli tövsiyələr vermişlər. Verilmiş tövsiyələr nəzərə alınmaqla Qanunun son versiyasının hazırlanması və aidiyyatı qurumlara göndərilməsi qərara alınmışdır.