AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR

2015-01-22

AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR

2015-ci il 22 yanvar tarixində Azərbaycan Respublikası Auditorlar Palatasının növbəti Şura iclası keçirilmişdir. İclasda Şura üzvləri, Komitə və auditor təşkilatları rəhbərlərinin iştirakı ilə aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir.

1. “Auditor xidmətinin aktual problemləri üzrə keçirilmiş sosioloji sorğunun nəticələrinə dair hazırlanmış tövsiyələr” barədə;

2. IFAC-ın 1 №-li Üzvlüyə dair Öhdəlik tələblərinə (SMO) müvafiq olaraq auditor xidmətinin keyfiyyətinə nəzarət barədə;

3. Auditor andının içilməsi prosedurları barədə;

4. Auditor təşkilatlarının və sərbəst auditorların maliyyə-təsərrüfat fəaliyyətləri üzrə aparılmış yoxlamalara dair icmal;

5. Auditorların 2014-cü ildə keçirilən ixtisasartırma kurslarında iştiraklarının nəticələri barədə;

6. Auditorların və mütəxəssislərin ixtisasartırma kurslarının təşkili və keçirilməsi qaydaları haqqında və digər məsələlər müzakirə edilmişdir.