Auditorlar Palatasında “1 saylı Beynəlxalq Keyfiyyətə Nəzarət Standartı (ISQC): Maliyyə hesabatlarının auditini və təhlilini, habelə digər təsdiqləmə və əlaqəli xidmətlər üzrə tapşırıqları yerinə yetirən şirkətlərdə keyfiyyətə nəzarət” və “200 saylı BAS: Müstəqil auditorun ümumi məqsədləri və auditin beynəlxalq audit standartlarına uyğun aparılması” mövzularında seminar keçirilmişdir

2015-01-16

2015-ci il 16 yanvar tarixində Auditorlar Palatasında “1 saylı Beynəlxalq Keyfiyyətə Nəzarət Standartı (ISQC): Maliyyə hesabatlarının auditini və təhlilini, habelə digər təsdiqləmə və əlaqəli xidmətlər üzrə tapşırıqları yerinə yetirən şirkətlərdə keyfiyyətə nəzarət” və “200 saylı BAS: Müstəqil auditorun ümumi məqsədləri və auditin beynəlxalq audit standartlarına uyğun aparılması” mövzularında seminar keçirilmişdir

Ölkə Prezidentinin proqram xarakterli göstərişlərinin rəhbər tutaraq, müstəqil maliyyə nəzarəti sahəsində mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatın xüsusiyyətlərini nəzərə almaqla ölkəmizdə tətbiqini genişləndirmək istiqamətində həyata keçirdiyi tədbirlərə, Auditorlar Palatasının Beynəlxalq Mühasiblər Federasiyası (İFAC) qarşısında götürdüyü üzvlük öhdəliklərinə  və Auditorlar Palatasının 2015-2017-ci illər üzrə iş planının 8.2-ci “Beynəlxalq Audit Standartlarının tətbiqinə dair silisilə seminarların keçirilməsi” bəndinə uyğun olaraq, ölkəmizdə auditor xidmətinin Beynəlxalq  Audit Standartlarına uyğunlaşdırılması mühüm əhəmiyyət kəsb edir.

Məqsəd Azərbaycan Respublikasında auditor fəaliyyətinin Beynəlxalq təcrübəyə əsaslanan işlək normativ-hüquqi sənədlər bazası ilə təmin edilməsi, bu növ fəaliyyətdə obyektivliyin, müstəqilliyinin və şəffaflığın artırılması, auditin keyfiyyətinin yüksəldilməsi ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının təmin edilməsi və inkişafı üçün zəruri şəraitin yaradılmasından ibarətdir.            

Bu məqsədə nail olmaq üçün Beynəlxalq Mühasiblər Federasiyasının (İFAC) təsdiq etdiyi Beynəlxalq Audit Standartlarının 2013-cü il versiyasının ayda iki dəfə olmaqla seminar şəklində Auditorlar Palatasının üzvü olan auditorların nəzərinə çatdırmaqdır.

Ona görə də 2015-ci il 16 yanvar tarixində Auditorlar Palatasının əməkdaşlarının və üzvlərinin iştirakı ilə ilk seminar keçirilmişdir.

Seminarı giriş sözü ilə Auditorlar Palatası Aparatının rəhbəri Qəşəm Bayramov açaraq, Azərbaycanda Beynəlxalq Audit Standartlarının tətbiqinin vacibliyindən danışdı və bu standartlara edilmiş əlavə və dəyişikliklərin müntəzəm olaraq seminar şəklində üzvlərimizin diqqətinə çatdırılacağını qeyd etdi. Sonra seminarda “HLB Azərbaycan” MMC-nin direktoru, Keyfiyyətə nəzarət komitəsinin sədri İslam Bayramov mövzu ətrafında geniş məruzə ilə çıxış etdi və peşəkar müzakirələr aparıldı.

İnanırıq ki, belə tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikası ərazisində auditor xidmətinin beynəlxalq audit standartları əsasında davamlı icrasını təmin edərək və orada müzakirə olunan məsələlər auditor xidməti göstərilən zaman obyektivliyin, müstəqilliyin və şəffaflığın artırılması, auditin keyfiyyətinin yüksəldilməsi istiqamətində Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən auditor və auditor təşkilatları üçün faydalı olacaqdır.

Beynəlxalq Audit Standartlarının tətbiqinə dair “210 saylı BAS: Audit tapşırığı şərtlərinin razılaşdırılması” və “220 saylı BAS: Maliyyə hesabatları auditinin keyfiyyətinə nəzarət” mövzularında növbəti seminar 2015-ci il 30 iyun tarixində saat 11:00-da Auditorlar Palatasında keçiriləcəkdir (Məruzəçi: “ANR Audit” MMC-nin direktoru Namiq Abbaslıdır).