2014-12-29
AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
2014-cü il 27 dekabr tarixində Azərbaycan Respublikası Auditorlar Palatasının növbəti Şura iclası keçirilmişdir. Şura üzvləri, Komitə və auditor təşkilatları rəhbərlərinin iştirak etdiyi Palata Şurasında aşağıdakı məsələlərin müzakirəsi baş tutmuşdur:
1. Auditorların və auditor təşkilatlarının qeydiyyatına və akkreditasiyaya dair metodik göstəriş barədə;
2. Audit sahəsində qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi barədə;
3. Auditin statistik göstəricilər sisteminin işlənib hazırlanması və tətbiqi barədə;
4. Auditorların (auditor təşkilatlarının) reytinqinin müəyyənləşdirilməsi barədə Qayda haqqında;
5. Elektron audit (e-audit) sisteminin yaradılması barədə digər məsələlər müzakirə edilmişdir.
Müzakirə olunan məsələlər üzrə müvafiq qərarlar qəbul olunmuşdur.