2014-12-18
AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
2014-cü il 16 dekabr tarixində Azərbaycan Respublikası Auditorlar Palatasının növbəti Şura iclası keçirilmişdir. Şura üzvləri, Komitə və auditor təşkilatları rəhbərlərinin iştirakı ilə Palata Şurasının aşağıdakı məsələləri müzakirə edilmişdir:
1. Azərbaycan Respublikası Auditorlar Palatasının 2015-2017-ci illər üzrə iş planı və Palata Şurasının 2015-ci il üzrə iş planı layihəsinin müzakirəsi barədə;
2. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 13.2-ci bəndində nəzərdə tutulmuş Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf konsepsiyasında (2012-2020-ci illər) nəzərdə tutulan tədbirlərin icrası barədə;
3. Azərbaycan Respublikasının ərazisində auditor fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyanın qüvvədə olma müddətinin başa çatması ilə əlaqədar keçiriləcək imtahanların təşkili barədə;
4. Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında fəaliyyət göstərən «Milli auditə dəstək üzrə Komitənin Əsasnaməsi»nin təsdiq edilməsi barədə;
5. Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında fəaliyyət göstərən «Metodik Komitənin Əsasnaməsi»nin təsdiq edilməsi barədə;
6. Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında Dövlət orqanları və ictimaiyyətlə əlaqələr üzrə Komitənin 2014-2015-ci illər üzrə iş planının layihəsi barədə;
7. Azərbaycan Respublikası Auditorlar Palatası ilə xarici tərəfdaşlar arasında əməkdaşlığa dair saziş və memorandumların hazırlanması və imzalanması barədə;
8. «Milli Fəaliyyət Planı»nın 12.5-ci bəndinə müvafiq olaraq yoxlamaların risk qiymətləndirilməsi sistemi əsasında təyin edilməsi barədə və digər məsələlər müzakirə edilmişdir.
Müzakirə olunan məsələlər üzrə müvafiq qərarlar qəbul olunmuşdur.