AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR

AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR

2014-11-27

AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR

AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR

2014-cü il 26 noyabr tarixində Azərbaycan Respublikası Auditorlar Palatasının növbəti Şura iclası keçirilmişdir. Şura üzvləri, Komitə və auditor təşkilatları rəhbərlərinin iştirakı ilə Palata Şurasının aşağıdakı məsələləri müzakirə edilmişdir:

1. Auditorlar Palatasının 2014-2016-cı illər üzrə iş planının 1.5 -ci maddəsinə uyğun olaraq tərtib olunmuş «Auditorların və auditor təşkilatlarının akkreditasiyası və qeydiyyatına dair metodik göstəriş»in müzakirəsi;

2. Azərbaycan Respublikası Audtirolar Palatasının 2015-2017-ci illər üçün iş 

planının layihəsi;

3. Beynəlxalq Audit Standartlarının 2013-cü il üzrə versiyasının nəşri və şərhinin  tərcüməsi;

4. Peşəkar Mühasiblərin Etika Məcəlləsinin tərcüməsi;

5. Kiçik  və  orta  müəssisələrdə  BAS-ın  tətbiqinə  dair  təlimatın  tərcüməsi;

6. Azərbaycan Respublikası Auditorlar Palatası sədrinin 2014-cü il 22 sentyabr

tarixli 1/18 nömrəli «Auditorlar Palatasının struktur bölmələrinin 2014-cü il üzrə fəaliyyətinin yoxlanılması üzrə yoxlayıcı qrupların təşkili» üzrə Sərəncamının nəticələri barədə;

7. Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında fəaliyyət göstərən aşağıdakı Komitələrin Əsasnamələrinin təsdiq edilməsi:

- Beynəlxalq Standartlar üzrə,

- Üzvlük məsələləri üzrə.

8. Azərbaycan  Respublikası  Auditorlar  Palatasının  Şurası  yanında «Beynəlxalq əlaqələr üzrə Komitəsi»nin 2014-2015-ciillər üzrə iş planının layihəsi və digər məsələlər müzakirə edilmişdir.

Müzakirə olunan məsələlər üzrə müvafiq qərarlar qəbul olunmuşdur.